Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:47

Rəfiqə Mirqədirova: «Əgər oğlum onların dediyi kimidirsə...»


Rauf Mirqədirovun valideynləri: "Mükafatlandırmaq əvəzinə həbs etdilər"
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Rauf Mirqədirovun valideynləri: "Mükafatlandırmaq əvəzinə həbs etdilər"

-
Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov ilə anası Rəfiqə Mirqədirova AzadlıqRadiosuna övladlarının həbsindən danışıblar.

- Həbibulla müəllim, oğlunuzun həbsi ilə bağlı nə fikirləşirsiniz, onu «dövlətə xəyanət»də ittiham edirlər?

- Bizdən yaxşı onu tanıyan yoxdur, axı o bizim oğlumuzdur. Onda heç vaxt belə bir şey ola bilməz, çünki onu mən tərbiyələndirmişəm. Bütün baş verənlər ona qarşı şantajdır, böhtandır. Bunu axı başqa cür qiymətləndirmək olmaz.
- Kim onu şantaj edə bilər, kim ona böhtan atar sizcə? (Bu zaman söhbətə Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova qoşulur, sualları o cavablandırır)

- Bu barədə heç bir şey eşitməmişdik, elə eşitdiklərimiz onun qəzetlərdə yazdıqları ilə bağlı olub. Hesab edirik ki, yəqin yazdıqları ilə bağlıdır, başqa ağlımıza heç bir şey gəlmir. Bu adamı elə bir şeydə ittiham edirlər ki, mən o sözü dilimə gətirə bilmirəm. O, Türkiyəyə gedəndən sonra orda bir ev tutdu, çarpayı və yorğan-döşək almaq üçün pulu yox idi. Buna görə o bizə-iki pensiyaçı valideynə müraciət elədi ki, mənə pul göndərin o avadanlıqları alım. İndi belə bir adama qarşı elə bir ittiham irəli sürmək, bilmirəm buna nə deyim. Əgər mənim oğlum bunların dediyi kimi idisə onda bu adamın elə pulu, elə villası, elə bağı, ev-eşiyi olmalı idi ki... Onun Bakıdakı evini hökumətin bizə verdiyi öz evimizi satıb almışdıq. Bu işi ona qarşı kim görübsə qoy onlar tezliklə onun vəziyyətinə düşsün.
Bağışlayın, hazırda bu bölmə işləmir.


- İndi Raufun yoldaşı, uşaqları haradadır?

- Onlar hazırda Türkiyədədirlər.
- Raufla bağlı ilk məlumatı haradan eşitdiniz, kim dedi onu sizə?

- Onu ilk bizə deyən Raufun Bakıdakı qızı oldu. Zəng elədi ki, nənə, bəs bilmirsiniz atamı Türkiyədən deportasiya ediblər, tutublar və s.
Rəfiqə Mirqədirova və Həbibulla Mirqədirov
Rəfiqə Mirqədirova və Həbibulla Mirqədirov

- Deportasiya olunmazdan əvvəl Rauf sizə nə isə bir söz deməmişdi ki, özünə qarşı hansısa şübhəli hərəkətlər var, onu izləyirlər və ya hədələyirlər?

- O bizə zəng edəndə həmişə deyirdi ki, hər şey yaxşıdır, özünüzdən muğayat olun, öpürəm sizi. Xəstə olduğumuz üçün olan şeyləri də bizə deməzdi. Bəlkə də olub belə hallar, amma bizə bu barədə bir dəfə də olsun bir söz deməyib.

- Bəs Raufun Türkiyəyə getməyi nə ilə bağlı idi?

- Əsasən ailə vəziyyətinə görə Rauf Azərbaycandan getmişdi. Onun işlə bağlı burda heç bir problemi olmayıb.

- Ailəsindəki problem nə idi ki?

- Yoldaşından ayrıldı, digəri ilə ailə qurdu, söz-söhbət olmasın deyə yeni ailəsi ilə birgə köçüb getdi. Burda olduğu kimi Türkiyədə də «Zerkalo» qəzetinin əməkdaşı kimi çalışırdı.
- Oğlunuzu Ermənistanla əlaqələrə görə ittiham edirlər, onun bu ölkəyə səfərlərindən xəbəriniz olurdumu, özü bu barədə sizə danışırdımı?

- O, Türkiyədə olduğundan, onun hara gedib gəldiyini bilmirdik. Amma hərdən deyirdi ki, Ukraynaya, Rusiyaya getmişdim. Amma qəzetdə məqalələri çıxanda bilirdik ki, o Ermənistanda olub.

- Raufla görüşmək üçün harasa müraciət etmisinizmi?

Əsgər Rauf Mirqədirov anası Rəfiqə Mirqədirova ilə
Əsgər Rauf Mirqədirov anası Rəfiqə Mirqədirova ilə
- Dünən (22 aprel ) ona yemək aparmışdıq. Bizə çox ağır idi bu. Amma apardıqlarımızın bəzilərini götürdülər. Rauf xoşladığı üçün ona dolma, qutab aparmışdıq. Onları qəbul etmədilər. Amma göy-göyərti, meyvələri qəbul etdilər. Vəkillə danışmışıq müstəntiq Ləmbəranski icazə versə, Raufla görüşəcəyik.

- Rəfiqə xanım, ana ürəyi daha həssas olur, nə isə bir şey hiss etməmişdiniz ki?

- Yuxuda görmüşdüm. Durdum evdə də danışdım. Gördüm ki, Rauf tək qalıb. Bacısına dedim ki, mənim xəstəliklərim çoxdur, ola bilər mənə nə isə olsun, amma Raufdan muğayat ol, onu həyatda tək qoyma. (ağlayır və söhbəti davam etdirə bilmir)

Söhbəti ata Həbibulla Mirqədirov davam etdirir.

- Yarım saat əvvəl prezidentə müraciət etdik. Biz istəyirik ki, oğlumuza bəraət verilsin. Biz bilirik ki, oğlumuza qarşı deyilənlər düz deyil. Bu baxımdan da istəyirik ki, prezidentimiz bu işə qarışsın, məsələ aydınlaşsın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG