Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:04

Sözünü məmura çatdıra bilmədi, prezidentə yazdı


Arxiv fotosu
Arxiv fotosu

-

«Adı var ki, vətəndaşların dərdini dinləyirlər. Dinləyən olsaydılar, məni qapıdan qovmazdılar».

Şəki sakini Rəhimə Novruzəliyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deməsinə görə, iyunun 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəkidə vətəndaşların qəbulunu keçirərkən onu görüş keçirilən məkandan qovublar:

«EŞİDƏNDƏ Kİ, NAZİR ŞƏKİDƏDİR...»

«İmkansızlıq üzündən normal müalicə ala bilmədiyimə görə 2 ildir ki, ölkə başçısına şikayət məktubları yollayıram. Ancaq birinə də cavab almamışam. Eşidəndə nazir Şəkidədir, qaça-qaça getdim. Kömək istəyəcəkdim. Xahiş edəcəkdim ki, mənə xəstəxanalardan birinə müalicə olunmağım üçün kömək etsin. Xəstəxanalar pulludur, mənsə imkansız».

Şikayətçinin sözlərinə görə, nazirlə görüşə gələnlər arasında təkcə o yox, başqa vətəndaşlar da narazı qalıb:

«Bəlkə qapısına 200 nəfər adam yığışmışdı. Onlardan heç 30 nəfərini qəbul etmədi. Saatlarla ayaq üstə gözləyən adamlara çıxıb dedilər ki, qəbul başa çatıb, dağılışın. Sonra da polislər gəldi, adamları binanın qarşısından uzaqlaşdırdılar».

«HEÇ KƏS KƏNARDA QALMAYIB»

Rəhimə Novruzəliyeva yazır ki, prezident İlham Əliyevə də müraciət edib:

«Prezidentə yazmışam ki, məmurlara verdiyi tapşırığı candərdi yerinə yetirməklə gözə kül üfürürlər. Ondan bu məsələni nəzarətə götürməsini xahiş etmişəm».

Şəki rayon Sosial Müdafiə Mərkəzindən bildiriblər ki, iyunun 25-də nazir Səlim Müslümovun Mərkəzinin inzibati binasında keçirilən qəbulunda Şəki ilə yanaşı, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından gələn sakinlərin müraciətləri dinlənilib.

Müraciətlər əsasən, mənzil və minik avtomobilləri, müxtəlif növ reabilitasiya vasitələri ilə təminat, əlilliyi olan şəxslərin məşğulluğu, onların peşə hazırlığına cəlb edilməsi ilə bağlı olub. Bəzi müraciətlərə elə yerindəcə baxılıb. 3 nəfər əlilliyi olan şəxsə əlil arabası təqdim olunub. Eləcə də, işlə bağlı müraciətlərə qısa vaxt ərzində baxılması, ehtiyac duyulduqda həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına müvafiq göstərişlər verilib.

Mərkəzdən bildiriblər ki, Rəhimə Novruzəliyevanın nazirlə görüşə bilməməsinin səbəblərini araşdıracaqlar.

XS
SM
MD
LG