Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

Gömrükdə dəyişən qaydalar: işadamları nə qazanacaq?


-

«Çox sənəd tələb olunan yerdə rüşvət də, ayrı-ayrı neqativ hallar da ola bilər. Sənədlərin sayı nə qədər az olsa, biznesin inkişafına bir o qədər stimul yaradar».

Bunu «Bizim yol» qəzetinə iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.

Qəzetin 25 iyul tarixli sayında dərc edilən «Gömrükdə dəyişən qaydalar; iş adamları nə qazanacaq?» adlı yazıda gömrük sərhəddində idxal-ixrac əməliyyatlarının aparılması üçün tələb olunan sənədlərin sayı azalıb. Artıq ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin əvəzinə 3 sənəd təqdim ediləcək.

O. Haqverdiyev hesab edir ki, Azərbaycan hazırkı vəziyyətdə «vahid pəncərə» sisteminə keçidə hazır deyil:

«Sözügedən sistemin öz xüsusiyyətləri var. Müəyyən xidmət sahələri var ki, orada «bir pəncərə»ni tətbiq etmək mümkündür. Misal üçün, «ASAN Xidmət»in yaradılması bir növ buna hesablanıb. Amma gömrük sistemi bir qədər çətindir. Burada yüklər həm yoxlanmalı, çəkisi ölçülməlidir. Təhlükəsizlik nöqteyi-nəzərdən gömrüyün öz spesfik xüsusiyyətləri var. Ona görə də bu sektorda «vahid pəncərə» sistemini tətbiq etmək bir qədər çətindir. Hətta dünya təcrübəsi də onu göstərir ki, gömrük sahəsində adıçəkilən sistemlə işləmək mümkün deyil. Burada bir deyil, bir neçə pəncərə sistemi tətbiq etmək, prosedurlarda yüngülləşdirmələr aparmaq olar. Amma Azərbaycan üçün bütün prosedurları «vahid pəncərə»dən həyata keçirmək tezdir».

Digər iqtisadçı Natiq Cəfərli də prosedur qaydalarının sadələşdirilməsini pozitiv addım hesab edir, amma deyir ki, iş adamlarının gömrükdə yaranan problemlərinin azaldılması üçün daha ciddi addımlar atılmalıdır:

«Gömrük orqanlarında yük və malların keçirilməsi proseduru xeyli dərəcədə şəffaflaşdırılmalıdır. Eyni zamanda inhisarçılıqda gömrüyün rolu azaldılmalıdır. İş adamları idxal-ixrac əməliyyatları zamanı iri şirkətlərin maneəsi ilə rastlaşırlar və burada bəzən gömrük orqanlarının da müəyyən rolu olur. Çox istərdik ki, pozitiv addımdan sonra gömrük orqanlarında bununla bağlı da islahatlar aparılsın, prosedurlar şəffaflaşdırılsın. İş adamları məhsulun idxalı və ixracı zamanı onun rüsumlarının məbləği, prosedurların hansı zaman kəsiyində həyata keçiriləcəyi barədə məlumatı öncədən bilsələr daha yaxşı olar».

XS
SM
MD
LG