Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

Təhsildə islahat başladı? [Video]


-

Ekspertlər – Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov və «İnsan Kapitalı» konsaltinq təşkilatının sədri Bəxtiyar Hacıyev prezidentin təhsillə bağlı fərmanını müzakirə edirlər.

«DÖVLƏT PROQRAMI QƏBUL OLUNMALIDIR»

Bəxtiyar Hacıyev sərəncamı müsbət saysa da, islahatın başlanğıcı hesab etmir:

«Bu sərəncamı müsbət addım saymaq olar. Regionlardakı təhsil strukturlarının effektivliyini artıra bilər. Bu struktur dəyişikliyi vacib idi. Ancaq bu addımı islahatların başlanğıcı kimi təqdim etmək tezdir. İslahat istənilirsə, bununla bağlı dövlət proqramı yaradılmalıdır. Ekspertlər toplanmalıdır, təhsil müəssisələri, valideynlər də bu işə cəlb oluna bilər. Daha sonra bu proqramın gerçəkləşdirilməsinə başlanmalıdır».

«MƏKTƏBLƏR MÜSTƏQİLLƏŞİR»

Şahlar Əsgərov struktur dəyişikliyinin təhsilin keyfiyyətini artıracağını düşünür:

«Əvvəllər təhsil şöbələrinə icra hakimiyyətlərinin müdaxiləsi vardı. Bu müdaxilələr heç də müsbət deyildi. Təəssüf ki, icra hakimiyyətləri məktəbləri obyekt kimi görürlər, restoranla fərqini anlamırlar. Bu sərəncamın üstünlüyü budur ki, məktəblər kifayət qədər sərbəstləşir. İlk dəfədir ki, belə struktur dəyişikliyi gedir. Məktəblər müstəqilləşir. İdarəetmə asanlaşır. Bu da təhsilin keyfiyyətinə müsbət təsir edəcək».

«İCRA HAKİMİYYƏTLƏRİNDƏN ASILILIQ AZALIR»

Əjdər Ağayev bu sərəncamı atılmış addımların davamı sayır:

«Bu sərəncam indiyə qədər həyata keçirilmiş tədbirlərdə yeni bir silsilədir. Bilirik ki, orta təhsilin vəziyyəti qaneedici deyil. Hər kəsi təmin etməyən cəhətlər var. Bu da kadr amili ilə bağlıdır. Bu sərəncam axtarışların yeni bir nəticəsidir, həm də bir sınaqdır. Təhsil qanununda göstərilən «məktəblər icra hakimiyyətlərindən asılı deyil» müddəası gerçəkləşəcək. Regionlarda təhsil idarələri yaradılırsa, bu, Təhsil Nazirliyinin qurumudur. Məktəblər bu dəyişikliklə müstəqillik əldə edirlər».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG