Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 21:11

Pamuk: “Əminəm ki, Erdogan prezident seçiləcək” -CNN


-

Türk yazıçısı Orhan Pamuk CNN-ə müsahibəsində deyib ki, hazırkı baş nazir Recep Tayyip Erdogan-ın qarşıdan gələn prezident seçkilərində qələbə çalacağından qorxmur:

“Çox mötəbər rəy sorğuları göstərir ki – və mən də buna əminəm ki –seçkiləri udacaq və Türkiyə prezidenti olacaq. Amma mən bundan qorxmuram. Çünki o özünün səlahiyyətlərini itirmiş olacaq. Onun vəzifəsi daha çox rəmzi olacaq, nəinki idarəedici. Onun mediadan, ali məhkəmə orqanlarından sui-istifadə imkanları azalacaq”.

“Türkiyə modernləşirmi?” sualının cavabında Pamuk deyib ki, əgər bu, iqtisadi inkişaf anlamında işlənirsə, bəli. Amma əgər dünyəvilik, demokratiya, fərdi azadlıqlar mənasında işlənirsə, xeyr, modernləşmir.

Yazıçı düşünür ki, ölkədə güclü seçki sistemi var, amma bu, kamil demokratiya anlamına gəlmir, çünki fikir azadlığı, azlıqların haqları, mətbuat azadlığı ilə bağlı ciddi problemlər qalır.

Onun fikrincə, indiki vəziyyətə görə, təkcə hakim partiya günahkar deyil, ondan əvvəlki dünyəvi hökumətlər də eyni dərəcədə qəddar olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG