Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:49

Narkomaniyanı təbliğ edən müğənnilər at oynadır - Video


-

Şey çəkirəm, toxunma, dünya, mənə!

Diş ağrısı mənimçün əfsanədi,

Şey basıram, dadı elə bil nanədi...

Vaxt var idi, narkomaniyanı təbliğ edən belə mahnıların yayım dairəsi çox dar idi. Düzdür, əvvəlki kimi bu "ifaçılar" yenə də televiziya efirinə çıxa bilmir, amma oxuduqları mahnılar yayım dairəsinə görə televiziyadan, radiodan geri qalmayan İnternetdə sərbəst yayılmaqdadır.

Rəsmi statistikaya görə, Azərbaycanda 23 min narkotik alidəçisi var. Amma bu sahədəki müstəqil qeyri-hökumət təşkilatları real rəqəmin 150 mindən çox olduğunu deyirlər. Narkomaniya gənclərin həyatını məhv etməkdə, ailələri dağıtmaqdadır.

Narkomaniya əleyhinə təbliğat adda-budda gözə dəydiyi halda ara müğənniləri narkotika çəkənləri müsbət obrazda təqdim edən mahnıları ilə beyinləri zəhərləməkdədirlər. Hər klipə 100-150 min dəfə baxılır... (Ardı aşağıda)

Adam yağışdan həzz alır kayfda...

Narkotik maddə istifadəçilərini "lotu qaqaşlar" kimi təqdim edən bu mahnılar bir çox gənclərə cəlbedici gəlir, bu mahnılar bəlkə də Azərbaycanda maşınlarda ən çox qulaq asılan mahnılardandır və adları mətbuata çıxamasa da, özləri şou-proqramlarda görünməsələr də, bu ara müğənniləri nə Aygün Kazımovadan, nə də Röyadan populyarlıqda geri qalırlar. (Ardı aşağıda)

Böyük hesabla məğlub olur...

Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DÖVLƏT KOMİSSİYASI var. Bakıda və rayonlarda dövlət idarələrində çalışan beş-üç gənci bir yerə yığıb onlara "narkomaniyanın fəsadlarından danışmaqla", onlara buklet paylamaqla məşğuldur. Teatra barmaqla sayılacaq sayda gəncin getdiyi bir dövrdə narkomaniya əleyhinə maraqsız tamaşalar göstərməklə, rəsm, kitab sərgisi keçirməklə işini bitmiş sayır. Əlbəttə ki Nuh əyyamından qalma bu maarifləndirici tədbirləri ilə onlar yeni texnologiyalardan məharətlə istifadə edən "narkomusiqi" aşiqlərinə böyük hesabla uduzmaqdadırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG