Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Ustad Şəhriyarın xatirəsi beynəlxalq konfransla anılacaq


Məhəmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar

-

M. Şəhriyarın xatirəsi sentyabrda beynəlxalq konfransla anılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Şərqi Azərbaycan vilayətinin İrşad və İslam mədəniyyəti baş idarəsinin müdiri Əli Əkbər Safipura istinadla yaydığı xəbərə görə, «Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti» mövzusuna həsr ediləcək beynəlxalq elmi konfrans dəyərli şair M. Şəhriyarın irsini öyrənmək və xatirəsini yad etmək məqsədi daşıyır.

Tədbirə İran, Azərbaycan, Türkiyə və başqa ölkələrdən olan ədəbiyyat alimlərinin qatılacağı gözlənilir.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) 1906-cı ildə Təbrizdə doğulub.

Şəhriyar təxəllüsü ilə fars dilində və Azərbaycan türkcəsində ölməz şeirlər yazıb.

«Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!»-məşhur misraları da onun qələmindən çıxıb.

Ustad Şəhriyar 1988-ci il sentyabrın 18-də Təbrizdə dünyadan köçüb.

Onun xatirə günü doğulduğu ölkədə müxtəlif tədbirlərlə anılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG