Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:54

"Bakı çimərliklərinin 95 faizi qanuni əsaslarla işləmir"


Azerbaijan -- Caspian Sea -Shuvelan Beach, 16Aug2014
Azerbaijan -- Caspian Sea -Shuvelan Beach, 16Aug2014

-
SİYASİ MƏHBUSLARDAN XƏBƏR VAR

“Yeni Müsavat” qəzeti REAL sədri İlqar Məmmədovun vəkili Fuad Ağayevə istinadla yazır ki, sentyabrın 3-də Şəki apelyasiya məhkəməsində növbəti proses keçiriləcək. F.Ağayev REAL sədrinə oxumağa tənqidçi qəzetlərin verilmədiyini deyib.

“Müsavat başqanının müşaviri Yadigar Sadıqovdan da xəbər var. Müsavatçının Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttahın sözlərinə görə, ailəsi onunla görüşmək üçün üç günlük icazə alıb. Hazırda Qızıldaş qəsəbəsində yerləşən 134 saylı cəzaçəkmə müəssisəsində saxlanan Y.Sadıqov üçün şərait olduqca ağırdır. Komitə rəhbəri qeyd etdi ki, ərazidə daş karxanaları istehsal olunan yer var və isti, bürkü, toz-duman əlindən həyətə çıxmaq belə olmur”.

ALÇAQLARIN TƏNTƏNƏSİ

“Azadlıq” qəzeti Natiq Güləhmədoğlunun məqaləsini dərc edib: “Narkotiki polis rəisləri satdırır. Satdırır ki, siz ”keflənib" göylərdə uçasız, onlar isə yerin altını - nefti, qazı rahatca sümürüb yesinlər. Sizsə bu “keflərin” hesabına günü-gündən məzlumlaşasız, boynu bükük olasınız, avtobusa 20 qəpik verməyin dərdini çəkəsiniz, onlar isə bahalı maşınlarla küçələrdə şütüsün". Bu fikirlər Hacı Abgül Süleymanova aiddir. O, bu çıxşı, deyəsən, dörd il əvvəl eləmişdi. Nəticə bu oldu ki, Abgül bəyin özünü Ramazan ayında narkotik və başqa cəfəng şeylərlə şərləyib həbsə yolladılar. Özü də nə az, nə çox - 11 illiyə”.

SU VƏ QUM ÜZƏRİNDƏ BİZNES

“Эхо” qəzetinin yazdığına görə, hər il Bakı çimərlikləri Azərbaycan büdcəsindən 5 milyon manat yayındırır.

“Hazırda Bakıda fəaliyyət göstərən çimərliklərin 95%-i qanuni əsasla işləmir. Onlar kassa aparatlarından istifadə etmir və əksər hallarda ödənişlər qeydiyyata alınmır. Vətəndaşlara heç bir qəbz, ya sənəd verilmir,” bunu echo.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Mərkəzin hesablamalarına görə, hər il dövlət büdcəsinə 5 milyon manat daxil olmur.

TAXIL BÖHRANI NƏ VƏD EDİR?

“Bizim yol” qəzetinin yazdığına görə, ölkədə yaranan meyvə-tərəvəz qıtlığı qiymətlərin kəskin bahalaşmasına gətirib çıxarıb. Digər tərəfdən Azərbaycanın əsas taxıl tədarükçüləri sayılan Rusiya və Qazaxıstan bu məhsulun əkinində ciddi problemlərlə üzləşib. Nəticədə yaxın zamanlarda çörəyin bahalaşacağına dair proqnozlar səsləndirilir. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov qəzetə deyib ki, “taxıl bahalaşacaqsa, un, çörək, ət, süd və digər məhsullar da bahalaşacaq. Bu il Azərbaycanda suvarma olmadığı üçün ot da az oldu. Otun bir kipi iki dəfə bahalaşıb. Əvvəllər 1 manat 50 qəpik idisə, indi 3 manatı ötüb. Heyvandarlıqda qüvvəli yem kimi istifadə olunan taxılın istehsalı azaldığı üçün ət və südün də istehsalı aşağı düşəcək. Nəticədə qiymətlər qalxacaq. Qiymətlərin nə qədər bahalaşacağını bəri başdan söyləmək çətindir. Ola bilsin ki, rəsmi dairələr də bazara digər yolla təsir göstərsin”.

“AZƏRBAYCAN ÖZ TORPAQLARININ İŞĞALI FAKTI İLƏ BARIŞMAYACAQ”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev yap.org.az saytına müsahibə verib. Onun sözlərinə görə, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin subyektiv xarakterli bəyanatları Azərbaycan ictimaiyyətində təəssüf və narazılıq yaradıb.” Əminliklə deyə bilərik ki, onlar bu bəyanatı verərkən məsələni araşdırmayıblar və qeyri-dəqiq, qərəzli mənbələrə söykəniblər. Özlərinin dəstəklədikləri hər hansı bir QHT-nin qərəzli, reallığı əks etdirməyən məlumatları əsasında hərəkət ediblər. Təəssüflər olsun ki, onlar özlərinin ruporu kimi çıxış edən QHT-lərin qeyri-qanuni əməllərinə qarşı hüquqi tədbirlər görülən zaman bu cür bəyanatlar verirlər”.

Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan Füle Azərbaycanda insan haqlarının pozulmasından narahatlıqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG