Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:26

Xarici QHT-lərlə bağlı qaydalar sərtləşdirilir


Milli Məclis
Milli Məclis

-

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatları nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir.

Bu haqda «Trend»ə Milli Məclisdən deyiblər. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna bir sıra əlavələr edildiyi bildirilir.

Əlavə edilən 4.2-1-ci maddədə göstərilir ki, istənilən xarici QHT-nin Azərbaycanda yalnız bir nümayəndəliyi və yaxud filialının açılmasına icazə veriləcək.

Qanuna yeni əlavə olunan 6.1.1-1-ci maddəyə görəsə Azərbaycandakı xarici QHT nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim etdiyi əsasnamədə öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini də göstərməlidir. Bundan başqa, xarici QHT nümayəndəliyi və yaxud filialı sənədlərdə ona rəhbərlik edəcək şəxsin səlahiyyət müddətini də yazması tələb edilir.

Başqa bir əlavədə isə xarici QHT nümayəndəliyi və yaxud filialı rəhbərinin öz müavininin təyin edilməsi barədə sənədi də müvafiq icra orqanına təqdim etməsi istənilir. Bu sənəddə müavin barədə ətraflı məlumat göstərilməlidir.

Nəhayət qanuna əlavə edilən 12.8.3-1-ci maddədə deyilir ki, xarici QHT ona verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir.

Layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG