Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55

Yazıçılar və jurnalistlər ən çox hansı xəstəliklərdən ölür?


-

21-ci əsrdə İnternetin, rəqəmsal texnologiyaların sürətli inkişafı oturaq həyat tərzi sürən insanların sayını artırıb.

Bu baxımdan ən “hərəkətsiz” təbəqələrdən biri də yazarlardır: yazıçılar, şairlər, jurnalistlər. Onları bu həyat tərzi ilə hansı xəstəliklər və nə cür ölüm gözləyir:

1. Ateroskleroz və infarkt

Bunun əsas səbəbi yazıçı və jurnalistlər üçün xarakterik olan ölümcül üçbucaqdır: kompüter qabağında, yaxud yazı masası arxasında saatlarla əyləşmək, axşamlar dostlarla məclis qurub içki içmək, yağlı yeməklər yemək (yenə də oturaq vəziyyətdə) və idmanla məşğul olmamaq. (Maşın sürmək və evə gələndən sonra televizorun qabağında “bitməyi” də bura əlavə etmək olar)

İnfarkt - tutulmuş damar və ürəyin zədələnmiş əzələləri
İnfarkt - tutulmuş damar və ürəyin zədələnmiş əzələləri

Əgər uzunömürlülər nəslindən deyilsinizsə, bu həyat tərzi ilə 55-60 yaşından artıq yaşamağa ümid etməyin.

Belə adamlarda qan dövranı zəif, qanda xolesterinin səviyyəsi yüksək olur, nəticədə çəki artır, damarların daxili divarlarında yağ qatı əmələ gəlir.

Damarların içərisi o qədər daralır ki, ürəyə lazımi qədər qan gəlmir, bu da ürək əzələlərinin oksigensiz qalıb ölməsi ilə, yəni infarkla nəticələnir.

2. Potensiyanın zəifləməsi və prostatit

Əgər ümumilikdə qan dövranı zəifləyirsə, cinsiyyət orqanı nayihəsində də qanın miqdarı azalır.

Artıq çəki potensiyanın birinci düşmənidir.

Dərialtı piy kişidə qadın hormonlarının - estrogenlərin sayını artırır. Bu da kişi hormonlarının –endrogenlərin azlıqda qalması ilə nəticələnir. Yəni kişi “qadınlaşmağa” başlayır, özü istəməsə belə, qadınlara marağı getdikcə azalır. Sözügdən nayihədə qan dövranının zəifləməsi həm də kişi cinsiyyət sistemi orqanlarından olan prostat vəzi ilə bağlı xəstəliyin – prostatitin səbəblərindəndir. Prostat vəzinin ölçüləri artmış olduqda, sidik ifrazı prosesində müxtəlif pozuntular əmələ gəlir.

3. Fəqərə sütununun xəstəlikləri

Xüsusən osteoxondroz, skalioz. Oturaq həyat tərzi insanın fəqərə sütununa daha çox ağırlıq düşməsi ilə nəticələnir. Fəqərəarası disklər, qığırdaqlar deformasiyaya uğrayır. Vəziyyət elə həddə çata bilər ki, cərrahiyyə əməliyyatına ehtiyac yarana bilər. Hətta ən inkişaf etmiş Qərb ölkələrində də bu əməliyyatların uğurlu alınacağına tam təminat verilmir (fəqərə kanalında onurğa beyni yerləşir). Siz ömrünüzü əlil arabasında bitirmək təhlükəsi ilə üz-üzə qala bilərsiniz.

Sirroz nəticəsində qarnına su yığılmış xəstə
Sirroz nəticəsində qarnına su yığılmış xəstə

4. Qaraciyər sirrozu

Əsas səbəbi içkidir. Sirroz qaraciyərdə uzun müddət davam edən xroniki iltihab prosesi nəticəsində yaranır.

Qaraciyər orqanizmə daxil olan zərərli maddələrin qana keçməməsinə “cavabdeh” olan orqandır.

Alkoqolun da öhdəsindən gəlmək onun işidir.

Qaraciyər özünü bərpa edən orqandır, içki içəndən sonra da özünü bərpa edir.

Amma içki davamlı içiləndə qaraciyərin buna nə vaxtı, nə də gücü çatır.

İltihab prosesi illərlə gedir.

Elə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır.

Bunu isə hər ölkədə etmirlər və əllicə min dollara başa gəlir.

Xərçəngli ağciyər
Xərçəngli ağciyər

5. Ağciyər xərçəngi

Əsas səbəbi siqaret çəkməkdir. Siqaret tüstüsündə 60-can kanserogen maddə var, o cümlədən radon radioizotopları, nitrozamin və benzopiren.

Bu zəhərli maddələrlə könüllü şəkildə illər uzunu nəfəs almağın axırı xərçəngin ən geniş yayılmış növünü yaradır (xərçəng xəstəliyindən ölənlərin yarıdan çoxu ağciyər xərçəngindən əziyyət çəkənlərdir).

Ağciyər xərçəngi riskini passiv siqaret çəkmə də (başqalarının çəkdiyi siqaretin tüstüsünü udma) atırır.

Ağciyər xərçəngi tapılan xəstələrin sağ qalmaq şansı 15 faizdir.

Əgər şiş erkən mərhələdə aşkara çıxarılıbsa.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG