Keçid linkləri

Təcili xəbərlər

İPhone 6 və iPhone 6 Plus 4 milyon öncədən sifariş aldı


Apple,iphone 6
Apple,iphone 6

-

Apple şirkətinin açıqlamasına görə, iphone 6 və iPhone Plus-un öncədən sifarişi ilk 24 saatda 4 milyonu keçdi.

Keçən 2013-cü ilin iPhone 5S-in ilk satış rəqəmləri açıqlanmadı. Ancaq iPhone 5-in öncədən sifarişlərinin sayı 2 milyona, iPhone 4-ün öncədən sifarişləri isə 600 minə çatmışdı.

Bu sifarişlərin çoxu 19 sentyabrda sahiblərinə çatacaq. Ancaq bir çox istifadəçi stoklar tükəndiyi üçün oktyabra qədər yeni iPhone-a qovuşmayacaq. Bundan əlavə, ABŞ-da Apple mağazalarında növbəyə durmağa razı olanlar, məhdud stoklardan yeni iPhone-larını ala biləcəklər.

Bir çox Avropa ölkəsi isə iPhone 6 və iPhone 6 Plus üçün 26 sentyabr-ı gözləməli olacaqlar.

XS
SM
MD
LG