Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:50

«Üzeyir Musiqi Günü» bu il necə bayram ediləcək?


Üzeyir Hacıbəyli VI beynəlxalq musiqi festivalı
Üzeyir Hacıbəyli VI beynəlxalq musiqi festivalı

-

Sentyabrın 18-i --Milli Musiqi Günü bu il - 2014-cü ildə də maraqlı tədbirlərlə yadda qalacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festivala Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektivlər- Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov dəvət olunublar.

Azərbaycandan Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q. Qarayev adına Dövlət Kamera Orkestri, Rauf Abdullayev, Gülbacı İmanova, Ağaverdi Paşayev, Ceyhun Allahverdiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Fəridə Məmmədova, gənc istedadlı musiqiçilər Əyyub Quliyev, Riad Məmmədov, İlham Nəzərov, Ramil Qasımov və başqaları iştirak edəcək.

Festivalın əsas ideyası - mədəniyyətlərarası dialoqu inkişaf etdirməkdir.

Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V. A. Mosartın "Fiqaronun toyu" operasının premyerası olacaq.

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim olunacaq.

Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və Muğam Ensiklopediyasının təqdimat mərasimi (rus dilində nəşri) keçiriləcək.

Sentyabrın 18-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Üzeyir Hacıbəyli VI beynəlxalq musiqi festivalı çərçivəsində “Üzeyir Hacıbəyli irsi” mövzusunda kitab sərgisi açılacaq və elektron məlumat bazasının təqdimatı olacaq.

Xatırladaq ki, sentyabrın 18-i əvəzsiz bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.

Bu mübarək gün 1995-ci ildən “Üzeyir Musiqi Günü”, “Milli Musiqi Günü” kimi bayram edilir.

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG