Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:57

Bakıda ənənəvi caz festivalı başlayıb


"Bakı Caz Festivalı - 2014"
"Bakı Caz Festivalı - 2014"

-

Oktyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.

Nazirliyin yaydığı xəbərə görə, yağışlı və soyuq hava şəraitinə baxmayaraq "Bakı Caz Festivalı - 2014"ün Beynəlxalq Muğam Mərkəzində keçirilən açılış konserti böyük tamaşaçı auditoriyası toplayıb.

Mərasimi açan telejurnalist Rahib Azəri festivalın proqramı barədə məlumat verib, musiqi bayramında dünyanın müxtəlif ölkələrindən məşhur cazmenlərin Bakının qonağı olacağını vurğulayıb.

Terri Layn Karrinqton, Anat Kohen, Mişel Kamilo, Stenli Klark kimi dünya şöhrətli musiqiçilərin festivalda iştirak etdiyini diqqətə çatdıran Rahib Azəri caz həvəskarlarını möhtəşəm ifaları qaçırmamağa və oktyabr ayının üçüncü ongünlüyünü caz bayramına çevirməyə çağırıb.

Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcək.

Festival çərçivəsində təşkil olunacaq konsertlər Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında musiqisevərlərə təqdim olunacaq.

Daha sonra məşhur amerikalı caz pianoçusu və bəstəkar Kreyq Teborn festivalın ilk konsertini təqdim etmək üçün səhnəyə çıxıb. Gur tamaşaçı alqışı ilə qarşılanan cazmen bakılıları xoş sözlərlə salamlayıb və onları əsl festival konsertinə tamaşa etməyə dəvət edib.

Bassda Tomas Morqanın, zərb alətində Ceyms Betssin müşayiəti ilə səslənən musiqilər tamaşaçıların zövqünü oxşayıb.

Caz bayramı oktyabrın 30-dək davam edəcək.

XS
SM
MD
LG