Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

«6 aydır istintaq gedir, 3 aydır həbsdəyəm, amma hələ anlamıram...»


Azerbaijan -- Human rights defender Rasul Jafarov
Azerbaijan -- Human rights defender Rasul Jafarov

-

Noyabrın 2-də hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinin 3 ayı tamam olur. О vəkili vasitəsilə şifahi şəkildə “Turan” agentliyinin suallarını cavablandırıb.

- Həbsinizdən 3 ay kecir. İstintaqın gedişini nece qiymətləndirirsiz, irəli sürülən ittiham Sizə aydındırmı? Ümumiyyətlə sizə qarşı irəli sürülən maddələr hüquqi cəhətdən nə dərəcədə əsaslıdır?

- İttihamları qəbul etmirəm, bu barədə oktyabrın 16-da Baş Prokuror Zakir Qaralova göndərdiyim müraciətdə də qeyd etmişəm. Digər narahatçılıq istintaqın gedişatının uzanmasıdır. Bu cinayət işi aprelin 22-dən, yəni 6 aydan çoxdur ki davam edir, mən 3 aydır həbs olunmuşam, mənə dəqiq bəlli deyil ki, mənim fəaliyyətimin araşdırılması niyə bu qədər uzanır. Hesab edirəm ki, istintaqın indiyə qədər etdiyini və etməyi planlaşdırdığını 3 ay ərzində görmək mümkün idi. İrəli sürülmüş ittihamların əsassızlığı ilə bağlı ciddi və güclü sübutlar var. İlkin olaraq onu deyim ki, mənim işim üzrə istintaqın külli miqdarda gəlir kimi göstərilən məbləğ gəlir olmayıb, bu qrantlar, birdəfəlik maddi yardımlar və səfər xərcləri olubki, onlar da vergidən azaddır. Mən cəlb olunduğum layihələrdəki xidmətlərimə görə isə bütün vergi və sosial ödənişləri etmişəm.

- Sizcə həbsinizin əsl səbəbləri konkret hansı işlərinizlə bağlıdır?

Həbsimin əsl səbəbi siyasi motivlidir, bu artıq məncə hamıya aydındır, mənim və təşkilatımızın fəaliyyəti həmişə tənqidi olub, ona görə yox ki, biz ancaq tənqidlə məşğul idik, ona görə ki, vəziyyət pisləşirdi. Eyni zamanda bizim kampaniyalar və təşəbbüslər də hakimiyyət tərəfindən təhlükə kimi qiymətləndirilirdi, ona görə də həbs edildim.

- Saxlama səraitindən şikayətiniz varmı?

- Saxlanma şəraitimdən və mənə olan münasibətdən heç bir şikayətim yoxdur.

- Hüquqlarızın qorunması ücün hansı addımlar planlaşdırılır, Avropa məhkəməsinə müraciət edəcəksinizmi?

Avropa Məhkəməsinə artıq müraciət etmişik, o cümlədən yerli hüquqi vasitələrdən istifadə etməyə davam edirik, məsələn növbəti həftələrdə yenidən ev dustaqlığına buraxılmağımla bağlı məhkəməyə müraciət edəcəyik. Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Azərbaycanın üzv olduğu hökumətlərarası təşkilatların fəaliyyətini davam etdirirlər, bununla bağlı tam razıyam.

- Bu yaxınlardan QHT və hakimiyyət təmsilcilərindən ibarət isci qrupunun bərpasını necə qiymətləndirirsiz? Sizcə bu formatda siyasi məhbus problemini həll etmək mümkün olacaqmı?

- İşçi Qrupunun fəaliyyətinin bərpasını o zaman qiymətləndirmək mümkün olacaq ki, bu qrup siyasi məhbusların azadlığa çıxmasına nail olsun, bu olmayana qədər hər hansı bir qiymətləndirmə aparmaq tez olar.

- Beynəlxalq birliyin siyasi məhbus problemini həlli və QHT sektorunun hüquqlarının qorunması istiqamətində səyləri yetərlidirmi?

- Səylər məncə həmişə artırıla bilər və daha çox iş görmək də həmişə mümkündür. Vəziyyətin yaxşılaşması özümüzdən asılıdır, beynəlxalq ictimaiyyət də buna dəstək verməlidir, məncə Azərbaycanda son 10 ildə bu proses gedir, vəziyyətin yaxşılacağına tam əminəm.

“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının koordinatoru, hüquqmüdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs edilib. O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Cəfərov bu ittihamları qəbul etmir. Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG