Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:46

Palçıq şagirdlərin məktəbə gedən yolunu kəsib


Arxiv fotosu
Arxiv fotosu

-

Tərtərdə kənd yolları yararsız vəziyyətdədir. AzadlıqRadiosunun "Qaynar xətt"inə zəng vuran Qarağacı kəndinin sakinlərinin şikayətləri də bundandır. Kənd sakini Almurad Fərəcovun deməsinə görə, rayonun 3 kəndini birləşdirən yolun dağılması səbəbindən maşınlar tez-tez xarab olur.

Sakin:

"Bu yollardan ikicə dəfə ötüb keçdinsə kifayət edir. Maşın mütləq təmirə getməlidir. Yollar çala-çuxurdur, yağış yağanda həmin çuxurlar su ilə dolur və çuxur görünməz olur. Maşın düşür dərin çuxura, mühərrik dağılır, təkərlər pis günə qalır və sair".

"EVDƏ OTURSALAR YAXŞIDIR"

Başqa sakin Eltimad Müslümov:

"Bu yollar maşınlarımıza da, özümüzə də qənim kəsilib".

Bir neçə yaşayış məntəqəsini birləşdirən yollarda daha çox əziyyət məktəblilərə düşür. Bu üzdən də kənd sakini Töhvə Süleymanova övladlarını məktəbə buraxmır:

"Uşaq səhər evdən çıxır, 2 saatdan sonra üst-başı palçıqlı geri dönür. Geyimini yuyuram, qış vaxtı, həm də istilik olmadığından günlərlə qurutmaq mümkün deyil. Elə evdə otursalar yaxşıdır".

Tərtər rayon icra hakimiyyətindən bildiriblər ki, rayonda yolların təmiri ilə bağlı layihələr həyata keçirilir. Bu işlər növbəli qaydada görülür. Yaxın gələcəkdə qeyd olunan yollar da düzəldiləcək.

XS
SM
MD
LG