Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:24

Naxçıvanda həbsdə olan AXCP fəalının anası və həyat yoldaşı saxlanıb


Hicran Qasımov
Hicran Qasımov

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun anası Rahilə və həyat yoldaşı Səadət Qasımovaların saxlanıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna onların ailə üzvləri məlumat verib. Onların bildirdiyinə görə, Rahilə və Səadət Qasımovalar noyabrın 24-də Hicran Qasımovla görüş almaq üçün Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyə gediblər:

«Səhər tezdən evdən çıxıblar. Bir müddət sonra zəng vurub evə bildiriblər ki, görüşə icazə ala bilmədiklərindən, nazirin özü ilə görüşmək istəyiblər. Bu zaman polislərlə Səadət Qasımova arasında mübahisə yaranıb. Səadət telefonda oğluna deyib ki, ehtiyatlı olsun, polislər gəlib onu tuta bilərlər. Bir neçə saat sonra Səadət yenidən evə zəng vurub bildirib ki, polislə mübahisəyə görə artıq Naxçıvan şəhər Polis Şöbəsinə gətiriliblər. Sonra polislər telefonu Səadətin əlindən alıb. Həmin vaxtdan 6 saatdır ki, onlara zəng çatmır. Səadət israrla həyat yoldaşı ilə görüş tələb edirdi. Ehtimal olunur ki, Hicrana işgəncə verilib deyə, görüşməyə qoymurlar. Səadət xanım da bu işin axırına çıxmaq istəyirdi. Görünür, bu xoşlarına gəlmir deyə, cəzalandırmaq istəyirlər. Onların taleyində narahatıq».

Naxçıvan şəhər Polis Şöbəsindən Rahilə və Səadət Qasımovaların saxlanmasını nə təsdiq, nə də təkzib etdilər. Şöbədən məsələ ilə bağlı daha geniş məlumatı Naxçıvan MR DİN-dən almağı məsləhət gördülər.

Naxçıvan MR DİN-dən isə məsələ ilə bağlı AzadlıqRadiosunun suallarını cavablamaqdan imtina etdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG