Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:07

Ferqyusonda məhkəmənin qərarı iğtişaşlar yaradıb


Polis Ferqyusonda yeniyetmənin ölümünə etiraz edənləri dağıdır
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Polis Ferqyusonda yeniyetmənin ölümünə etiraz edənləri dağıdır

-

Birləşmiş Ştatlarda qaradərili yeniyetməni öldürmüş ağdərili polis ittiham olunmayacaq. Bu il avqustun 9-da Missuri ştatının Ferqyuson şəhərində Michael Brown-un öldürülməsinə görə həftələrlə etirazlar keçirilmişdi.

Ancaq Andlılar Məhkəməsi polis zabiti Darren Wilson-u ittiham etməyə əsas tapmayıb. Brown-un ailəsi məhkəmənin qərarından «dərin sarsıldığını» deyib.

GÖZYAŞARDICI QAZDAN İSTİFADƏ OLUNUB

Bu xəbər Ferqyuson küçələrində qəzəb doğurub. Azı bir polis maşını yandırılıb, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumatlara görə, etirazlar Nyu York, Los Anceles daxil olmaqla, digər şəhərlərə yayılır.

St.Louis regionunda polis maşınları, azı bir bina yandırılıb, mağazalar talan edilib, atəş səsləri eşidilib.

Polis kütləni dağıtmaq üçün zirehli maşınlardan tüstü balonları, gözyaşardıcı qaz atıb. ABŞ aviasiyası uçuşlara müvəqqəti məhdudiyyətlər qoyub.

«DAHA PİS» ZORAKILIQ

St. Louis-in polis rəisi Jon Belmar deyib ki, avqustdakından «daha pis» zorakılıq baş verməkdədir.

St. Louis-in baş prokuroru Bob McCulloch məhkəmənin qərarını elan edib. Polis zabiti Wilson-a könülsüz adam öldürməkdən birinci dərəcəli qətlə qədər ittiham irəli sürülə bilərdi.

Brown-un anası, Lesley McSpadden qərarı eşidəndə ağlamağa başlayıb. Yaxınları onu ərazidən uzaqlaşdırıb. Sonradan ailənin yaydığı bəyanatda qərardan «dərin təəssüf» ifadə olunur. Ailə eyni zamanda ictimaiyyəti «narazılığı müsbət dəyişikliyə gətirəcək yollara» yönəltməyə çağırıb.

İRQİ GƏRGİNLİK ARTIB

Bu qərarın Birləşmiş Ştatlarda irqi gərginliyi artırdığı bildirilir.

Prezident Barack Obama etirazçıları təmkinli olmağa çağırıb:

«Biz Andlılar Məhkəməsinin qərarını qəbul etməliyik. Bu qərarla razılaşan və bərk narazı qalan, hətta qəzəblənən amerikalılar var. Başadüşülən reaksiyadır».

Avqustun 9-da hadisənin şahidi olanlar deyirlər ki, onlar Wilson-un Brown-u güllələdiyini görüblər. Baxmayaraq ki, Brown əllərini qaldırıb polisə tərəf çevrilibmiş. Ancaq məlumatlara görə bəzi şahidlərin Andlılar Məhkəməsinə fərqli danışıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG