Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

"Putin də, Kreml də risk altındadır"-Mətbuat icmalı


Ermənistanda anti-semitizm olduğunu deyən yəhudi professor nədən narazıdır?

Obama ABŞ-ın yarım əsrlik Kuba siyasətini dəyişir: iki müxtəlif fikir.

ABŞ İraq və Əfqanıstan müharibələrindən çıxmalıdır: bəzən oyundan vaxtında çıxmağın özü uduşdur.

Rubl sabitləşsə də Putin idarəçiliyi risk altındadır.

Dünya mediası bu gün nədən yazır?

“Ermənistanda anti-semitizm”. Alexander Murinsonun ABŞ-ın The Hill məcmuəsində yazdığı məqalə belə adlanır.

Begin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin və Bar-İlan Univüersitetinin professoru olan Murinson yazır ki, ermənilərbirinci dünya müharibəsi vaxtı onlarla necə rəftar olunduğunu dünyaya qəbul etdirmək istədiyi vaxt, öz ölkələrində bir sirri gizlədirlər. Bu da anti-semitizmdir.

Professor əvvəla yazır ki,bir çox erməni yəhudi haqda danışanda onlara “ocar” sözü ilə işarə edir. Bu da erməni dilində “sabun” deməkdir. Professor yazır ki, bu "sabun" ifadəsi isə nasist düşərgələrində yəhudi qurbanların bədənindən sabun, dəri çanta və s. əşyalar düzəldilməsinə işarədir.

Müəllif yazır ki, Ermənistandakı anti-semitizmi Dövlət Departamentinin özü də etiraf edir. WikiLeaksin yaydığı sənədlərindən birində - Dövlət Depratamentinin 2008-ci ilə aid diplomatik teleqramında deyilirdi ki, “Ermənistan mediası nati-semitizmdən müxalifəti söymək üçün istifadə etməkdə davam edir”. Hətta keçmiş Ermənistan prezidenti Ter-Petrosian da anti-semitizm paranoyasından yayına bilməyib. Çünki onun xanımı “nağıllara görə” yəhudidir.

Ermənistan mediasındakı məqalələrdənbiri belə adlanır: “Levon Hakob Ter-Petrosian yoxsa Levon Fraim Pliskovsky – Erməni Milli Konqresi yoxsa Yəhudi Konqresi?”. Məqalənin içində isə müəllif iddia edir ki, Yəhudi-Mason lobbisi Ter-Petrosianın kampaniyasına 65-70 milyon dollar pul verib.

Murinson yazır ki,qədim dövrlərdə də erməni torpaqları yəhudiləri yaxşı qarşılamırdı. Müəllif ermənilərin bu hərəkətini onların Cənubi Qafqazdakı qonşuları – Azərbaycan və Gürcüstanla müqayisə edərək yazır ki,

Azərbaycan və Gürcüstan yəhudiləri həmişə yaxşı qarşılayıb və onlara himayə vermələri, qorumaları, tolerant olmaları ilə qürür duyurlar.

Professor yazır ki, amerikalı vergi verənlər Konqresin addımları ilə “Ermənistan dostları” kimi hər il kifayət qədər çox pul xərcləyirlər.

Bəlkə Konqresin və eləcə də amerikalı seçicilərin bu məsələyə yenidən baxmasının vaxtıdır?.

OBAMANIN KUBA GEDİŞİ

Washington Post qəzeti Obamanın yeni Kuba siyasəti barədə yazır ki, “mövqe aydındır”. Ancaq “layihə dumanlıdır”.

ABŞ-ın Kubaya embarqosu qalır. Bəs nə dəyişir?

Obamanın hərəkəti boş jest deyil. Ancaq bu daha çox mənəvi addımdır, praktiki cəhətdən bu nə verir? – aydın deyil. Bəlkə bundan sonra Kubada daha çox azadlıq olacaq? Qəzet buna skeptik yanaşır.

Obamanın keçmiş maliyyə naziri Timothy Geithner bir fikri təkrarlamağı sevirdi: “Plan plansızlığa qalib gəlir”. Qəzet yazır ki, Havananın daha çox planı var, nəinki Vaşinqtonun.

“OBAMA DÜZ EDİR”

NewYork Times qəzeti isə yazır ki, Barack Obama tarixi hərəkət etdi. Kuba ilə ABŞ-ın münasibətlərinin normallaşması başlanır. Qəzetin fikrincə,ABŞ-ınxarici siyasətinin ən səhv idarə olunan istiqamətlərindən biri bağlandı.

Qəzet hesab edir ki, Obamanın münasibətləri birdən dəyişmək əvəzinə tədrici dəyişiklik yolunu tutması da düzgündür.

AVROPA HƏMASI LEGİTİMLƏŞDİRİR

Həmas daha terrorçu təşkilat deyil. Wall Street Journal qəzeti bu qərara qəti narazılığını bildirərək yazır ki,qərarı Avropa Ədalət Məhkəməsi verib və bu qərar “soyuqqanlı qatilləri legitimləşdirməkdir” və bundan Avropanın özünün başı ağrıyacaq.

VAXTINDA OYUNDAN ÇIXMAĞIN ÖZÜ DƏ UDUŞDUR

Boston Globe qəzeti yazır ki, Amerikanın İraq, Əfqanıstan müharibələrini tərk etməyinin vaxtıdır. Qəzet yazır ki, özünə inamda amerikalılar dünya çempionudur. “biz öz varımıza, gücümüzə çox inanırıq. Əminik ki, nə istəsək, ona çata bilərik”. Qəzetin fikrincə, Amerikanın bir çox qlobal layihələrinin uğursuzluğunun səbəbi məhz bu özündən müştəbehlikdədir.

Amerikalıların başqa bir prinsipi də odur ki, “ Oyundan çıxan heç vaxt uda bilməz, udan isə heç vaxt oyundan çıxmır.”

Qəzet yazır ki, ancaq bəzən oyundan çıxmağən özü uduşdur.Amerikanın bəzi xarici siyasət uğurları məhz sərfəsiz, uduzulan oyunlardan vaxtında çıxa bilməyində olub.

Qəzet sonda yazır ki,“bizim ölkə (yəni ABŞ)udula bilməyən müharibəni sonsuz davam etdirmək əvəzinə, uduzduğunu etiraf edəndə udur”.

PUTİN RİSK ALTINDADIR

Washington Post qəzeti yazır ki, bir gün əvvəl kəskin ucuzlaşan rubl dekabrın 17-də sabitləşdi. Ancaq Kreml və Putin “risk altında” qalmaqda davam edir.

Peterburqdakı Avropa Universitetinin professoru Grigori Golosov deyir: “Rusiyada adamlar rifahı Putinlə bağlayıralr. Bu, normaldır”. Ancaq “vəziyyət sürətlə pisləşsə, əhalinin buna necə reaksiya verəcəyini heç kim deyə bilməz”.

XS
SM
MD
LG