Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

İran parlamenti xarici işlər nazirindən Kerry ilə qoşa gəzməsinin haqq-hesabını soracaq


Zarif və Kerry Cenevrə küçələrində.
Zarif və Kerry Cenevrə küçələrində.

Mohammad Javad Zarif Cenevrədə keçirilən danışıqlar zamanı John Kerry ilə ikilikdə gəzişdiyinə görə parlamentə sorğu-suala dəvət edilib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif Cenevrədə keçirilən danışıqlar zamanı yad ölkədə ABŞ dövlət katibi ilə ikilikdə gəzişdiyinə görə parlamentə sorğu-suala dəvət edilib.

Cənab Zarif Tehranın nüvə proqramına dair Qərb ölkələri ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.

Cenevrədə diplomatik başmaq seyri

Məsələ burasındadır ki, media Cenevrə danışıqları zamanı elan edilmiş 15 dəqiqəlik fasilə vaxtı İranın xarici işlər naziri ilə ABŞ dövlət katibinin ikilikdə gəzişərək nəyisə müzakirə etdikləri anların görüntülərini yayıb.

Bu hadisə yanvarın 14-də İranın Qərbin “P5+1” şərti adı ilə tanınan qrupu ilə danışıqları zamanı baş verib. Bu qrupa Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Ruysiya və Çin daxildirlər.

İranda ABŞ-ı “böyük iblis” adlandıran mühafizəkarlar cənab Zarifin bu ölkənin dövlət katibi ilə təklikdə söhbət etməsindən narahat olublar.

Cümə günü məsçidlərdə xütbə oxuyan aparıcı vaizlər Zarifi və prezident Rouhani-ni “diplomatik intizamsızlığa” görə tənqid atəşinə tutublar.

Sən orda “Böyük iblislə” nədən danışırdın?

İran qəzetlərinin yazdığına görə ölkə parlamentinin 21 üzvü xarici işlər nazirinin izahat verməsini tələb edən petisiya imzalayıb.

Mühafizəkarlara bağlı Fars xəbər agentliynin dərc etdiyi petisiyada deyilir ki, “Böyük iblisin İranın xarici işlər naziri ilə belə mərhəm münasibəti üçün izah oluna biləcək heç bir əsas ola bilməz”.

“Sizin Kerry ilə Cenevrə küçələrində belə nümayişkəranə qoşa gəzməyiniz qətiyyən heç bir diplomatik normaya sığmır" – deyilir petisiyada.

Reuters agentliyi xəbər verir ki, bu, 2013-cü ildə İranın nüvə danışıqlarına rəhbərliyə keçəndən bəri cənab Zarif-in sorğu-suala çağırıldığı ilk epizod deyil.

2014-cü ilin fevralında xarici işlər naziri Holokostu pisləyən bəyanatı ilə mühafizəkar din xadimlərini qəzəbləndirmişdi. Beləki, Holokostun inkarı İslam İnqilabından bəri İsrailə qarşı yönəlmiş İran siyasətinin bir növ göstəricisi sayılır.

MəsələnŞ keçmiş prezident Mahmud Ahmadinejad Holokostu danması ilə ad çıxarmışdı.

Küsülülərin kontakt formatı

Tehran və Vaşinqton arasında diplomatik əlaqələr 1979-cu ildən bəri mövcud deyil və bu ölkələr yalnız Əfqanıstan kimi spesifik beynəlxalq məsələlərin müzakirəsində kontakta daxil olurlar. İranın nüvə proqramına dair danışıqlar da bu formata bir növ misal ola bilər.

Burada “P5+1” qrupunun içində ABŞ da var.

Bundan əlavə bir sıra başqa dəyişikliklər də baş verib. Məsələn, mediada Barack Obamanın İranın ali rəhbərinə bir neçə məktub yazması barədə xəbərlər olub.

Odur ki, İranın nüvə danışıqlarında Amerika ilə birbaşa mükaliməyə girməsini, əslində ali dini rəhbərin özü sanksiyalayıb.

“Otelimizin həyəti yox idi, küçəyə çıxdıq...”

Ötən həftə jurnalistlərlə söhbətində cənab Zarif bildirib ki, onun Kerry ilə şəxsi söhbətdə bulunmasında qeyri-adi heç nə olmaylıb.

“Biz çox ciddi və səmimi danışıqlar apardıq və görünür, arada olan bir neçə dəqiqə fasilədən söhbəti başqa formada davam etdirmək qərarına gəldik. Bunlar dünya diplomatiyasında normal haldır – deyib Zarif, - ələxüsus da bizim otelimizin yanında həyət və ya bağça yox idi. Xiyabanda isə çox sayda jurnalist keşik çəkirdi. Odur ki, biz də çıxıb küçədə gəzişdik”.

Mətbuat yazır ki, mühafizəkarların kəskin reaksiyasına baxmayaraq, Zarif elə ötən cümə günü Davosda Kerry ilə daha bir məxfi görüş keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG