Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:07

Yunanıstanda solçular "Fəlakətli qənaətə son" şüarı ilə hakimiyyətə gəlir


Arxiv fotosu: Yunanıstanda bankomatdan pul çıxaran vətəndaş.
Arxiv fotosu: Yunanıstanda bankomatdan pul çıxaran vətəndaş.

.

Yanvarın 26-da avronun dollara nisbətdə məzənnəsi əvvəlki günlə müqayisədə təxminən 1% düşərək 1 avro = 1,1098 dollar olub. Bu, 2003-cü ildən bəri ən aşağı göstəricidir. Son 12 ildə 1 avro heç vaxt 1,1 dollardan aşağı düşməyib.

Azərbaycanda 1 avro 0,877 manata dəyişdirilir.

Təhlilçilər avronun ucuzlaşmasını Yunanıstanda parlament seçkilərində ifrat solçu müxalifət partiyası Syriza-nın qələbəsi ilə əlaqələndirirlər. Yanvarın 25-də keçirilmiş səsvermənin ilkin nəticələrinin açıqlanmasından sonra məlum olub ki, Syriza 300 yerlik parlamentdə 149 yer qazanıb. Parlamentdə 13 yer tutan “Müstəqil yunanlar” partiyası ilə koalisiya yaradan Syriza hökuməti formalaşdıracaq.

"Yunanların sərt büdcə iqtisadiyyatı tədbirlərindən imtina etməsi avroya təzyiqi davam etdirir. Yunanıstanın valyuta blokundan çıxmasının mümkünlüyü artır. Bazarlar riskə çox həssasdır”, - Bunu “Bloomberg” bildirir.

Syriza-nın lideri Aleksis Tsipras 3 beynəlxalq kreditorun (Avropa Komissiya, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) ölkə iqtisadiyyatında heç bir rol oynamayacağı, eləcə də sərt iqtisadi tədbirlərin keçmişdə qalacağına dair söz verib. O, qeyd edib ki, rəsmi Afina Yunanıstanın hədsiz borclar dairəsindən çıxarılması ilə bağlı danışıqlara başlayacaq.

Yunanıstanın ifrat solçu Syriza partiyasının lideri 25 yanvar seçkilərində qələbəsindən sonra tərəfdarları qarşısında çıxışın bu ifadələrlə danışıb:

“ölkə səhifəni çevirir, " “fəlakətli qənaətcilliyi geridə qoyur", “bu həm də qənaətlə mübarizədə bütün Avropa xalqlarının qələbəsidir”, “Yunanıstanda elita və oliqarxlar seçkidə məğlub oldu”.

İlkin seçkilər onun partiyasının səslərin 36, baş nazir Antonis Samaras-ın mühafizəkarlar partiyasının isə 28 faizini topladığını göstərib.

Tsipras deyib ki, xalqın verdiyi qərar "3-lüyün işinin bitdiyini" göstərir. O, 3-lük deyərkən Yunanıstanın beynəlxalq kreditorlarını – Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropanın Mərkəzi Bankını nəzərdə tutub. Solçu lider borcların ödənməsi üçün Yunanıstanın beynəlxalq kreditorlarla "real" razılaşma üzərində işləyəcəyini deyib.

Tsipras Yunanıstanın 318 milyard avroluq (357 milyard dollar) borcu üzrə yenidən danışıqlar aparmaq istəyir. O, əhalinin narazılığına səbəb olmuş qənaət tədbirlərinə son qoyacağına söz verib.

Yunanıstanda işsizlik 25 faizə yaxındır, 2008-ci ildə avrozonada böhran başlanandan bə bu ölkənin iqtisadiyyatı 15 faiz düşüb.

XS
SM
MD
LG