Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:32

İqtisadi azadlıq indeksində Azərbaycan "Qismən azad" ölkədir


.

QAFQAZDA ƏN AZAD İQTİSADİYYATA GÜRCÜSTAN SAHİBDİR

Azərbaycan iqtisadi azadlıq indeksinə görə "Qismən azad" ölkələr qrupuna aid edilir.

Yanvarın 27-də Heritage Fondu və “Wall Street Journal” qəzeti dünya ölkələrində iqtisadi azadlığın səviyyəsi ilə bağlı hesabatı açıqlayıblar. Azərbaycan vəziyyəti öyrənilən 178 ölkə arasında 85-ci yerdədir.

Azərbaycanın qonşuları arasında ən yaxşı yer Gürcüstanındır:

Ölkələrİqtisadi Azadlıq İndeksiSırası (178 ölkə arasında)
GürcüstanƏsasən azad22
Ermənistan Qismən azad52
Qazaxıstan Qismən azad69
QırğızıstanQismən azad82
Azərbaycan Qismən azad85
Belarusİqtisadiyyatı boğan153
Özbəkistan İqtisadiyyatı boğan160
Ukrayna İqtisadiyyatı boğan162
İran İqtisadiyyatı boğan171
Türkmənistan İqtisadiyyatı boğan172

İqtisadi Azadlıq İndeksi 1995-ci ildən etibarən hər il açıqlanır. Ölkələrin iqtisadi azadlığı 10 kateqoriya üzrə qiymətləndirilir:

  • mülkiyyət hüquqları,
  • korrupsiya səviyyəsi,
  • vergi azadlığı,
  • dövlət xərcləri,
  • biznes azadlığı,
  • əmək azadlığı,
  • monetar azadlıq,
  • ticarət azadlığı,
  • investisiya azadlığı,
  • maliyyə azadlığı.

Bu kateqoriyalar üzrə balların ortaq məxrəci ölkənin ümumi göstəricisi sayılır. Ölkələr aldıqları ballar üzrə beş qrupa bölünür:

80 və daha artıq bal toplayanlar “Azad”,
70-79.9 bal toplayanlar “Əsasən azad”,
60-69.9 balla qiymətləndirilənlər “Qismən azad”,
50-59.9 bal yığanlar “Əsasən qeyri-azad”,
50-dən aşağı bal toplayanlar “İqtisadiyyatı boğan”.

DÜNYA GETDİKCƏ AZAD OLUR...

“İqtisadi Azadlı İndeksi – 2015” adlı hesabat görə, ümumilikdə dünya iqtisadiyyatı nisbətən azad sayıla bilər.

Son 21 ildə olduğu kimi, yenə də ən azad iqtisadiyyata Honkonq və Sinqapur malik olub. Ötən illə müqayisədə vəziyyətini 1 xal yaxşılaşdıran Yeni Zelandiya iki pillə irəliləyərək 3-cü olub. Siyahıda Avstraliya 4-cü, İsveçrə isə 5-cidir.

Dünya üzrə orta göstərici 60.4 baldır ki, bu da 2014-cü ilin analoji göstəricisindən 0.1 bal, bu hesablamanın aparılmağa başlanıldığı 1995-ci ilin göstəricisindən isə 2.8 bal çoxdur.

Hesabata əsasən, bu il 37 ölkə, o cümlədən Tayvan, İsrail, Polşa və Kolumbiya öz tarixləri ərzində ən yüksək göstəricini əldə ediblər.

Ümumiyyətlə, qiymətləndirilən 178 ölkədən 101-i öz mövqeyini ötən illə müqayisədə yaxşılaşdırıb, 73-ü isə əksinə iqtisadi azadlığa görə 2014-cü il hesabatından daha aşağı qiymət alıb.

90 ölkə, yəni qiymətləndirilən ölkələrin təqribən yarısı öz vətəndaşları üçün nisbətən azad iqtisadi mühit təmin edir.

Ancaq hələ də 4.5 milyard insan, yəni dünya əhalisinin 65%-i iqtisadi cəhətdən qeyri-azad ölkələrdə yaşayır. Bu əhalinin yarıdan çoxu 2 ölkənin – Çin və Hindistanın payına düşür.

26 ölkədə iqtisadiyyat boğulur (balı 50-dən aşağı olan ölkələr), tam azad iqtisadiyyata malik ölkələrin sayı isə (balı 80-dən çox olan ölkələr) vur-tut 5-dir.

XS
SM
MD
LG