Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

Nəqliyyat Nazirliyi çobanları cərimələyəcək


Foto: Arxiv
Foto: Arxiv

-

Respublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimə olunacaq.

Bu haqda avtosfer.az saytı bildirir.

Sayt yazır ki, iki gün öncə Milli Məclis yol hərəkəti təhlükəsizliyi ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət müəyyən edilən qanunvericiliyə bir sıra dəyişikliklər etdi. Həmin dəyişikliklərdən bəziləri İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan müəyyən maddələrini bir qədər dəqiqləşdirdi. Bəziləri isə yeni sayıla bilər.

«Maraqlı düzəlişlərdən biri yollarda və yolətrafı ərazilərdə mal-qaranın aparılması və otarılması ilə bağlı cərimənin müəyyən olunmasıdır. Həmin düzəliş qüvvəyə mindikdən sonra respublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimələnəcək (belə yollarla mal-qaranı yalnız avtomobilə yükləyib aparmaq olar). Asfalt yolların bu tərəfindən o biri tərəfinə mal-qaranı yol sahibinin icazəsi olmadan keçirən çoban və naxırçılar da bu qədər cərimələnəcək. Yolların təhkim, mühafizə və ehtiyat zonalarında mal-qara otaranlar da bu məbləğdə cərimə ödəyəsi olacaqlar. Özü də bu cəriməni Nəqliyyat Nazirliyi, daha dəqiqi bu qurumda yolların mühafizəsini həyata keçirən müfəttişlər tətbiq edəcəklər».

OLİQARXİYA HÖKUMƏTƏ SAVAŞ AÇIB

Gözlənilirdi ki, ölkə başçısı Ilham Əliyevin oliqarxlara barmaq silkələməsindən sonra süni qiymət artımı və qıtlıq aradan qalxacaq. Lakin «Azadlıq» qəzeti bunun əksinin baş verdiyi qənaətindədir:

Supermarket
Supermarket

«Ölkə başçısının çıxışından sonra aparılan araşdırmalar zamanı Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən topdansatış məntəqələrindən mal götürməyin mümkün olmadığı bəlli olub. Topdansatış məntəqələri idxal məhsullarını, xüsusilə meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarını satmaqdan imtina edir. Hakimiyyətdəki oliqarxların nəzarətində olan topdansatış məntəqələri və şirkətlər süni qıtlıq yaratmaqda davam edir. Görünən odur ki, oliqarxlar nə hədə-qorxudan, nə də görülən tədbirlərdən çəkinir. Onlar qiymət artımı yaratmaqda israrlıdırlar. Bu artıq hökumətə savaş elan etməkdir».

LEYLA YUNUSUN TƏŞKİLATI AMSTERDAMDA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Sülh və Demokratiya İnstitutu (SDİ) fevralın 23-də Amsterdam Bələdiyyəsində (Niderland) QHT kimi rəsmi qeydiyyatdan keçib.

Bu haqda Turan xəbər yayıb.

Niderland şöbəsinə müvəqqəti olaraq həbsdə olan Leyla və Arif Yunusların qızı Dinara Yunus rəhbərlik edəcək.

«Biz Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə şərait yaradacağıq. Azərbaycanda insan hüquqlarına riayət olunmasına nail olmaq SDİ-nin əsas iş prinsipidir», - deyə Dinara Yunus bildirib.

Dollar və avro
Dollar və avro

SDİ 1995-ci ildə Bakıda Leyla Yunus tərəfindən təsis edilib.

Leyla Yunus 2014-cü il iyulun 30-da dövlətə xəyanət ittihamı ilə həbs edilib. Avqustun 5-də eyni ittihamlarla onun həyat yoldaşı Arif Yunus da həbsə atılıb. Onlar həbslərini siyasi sifariş sayır.

KREDİT BORCLARININ MÜDDƏTİ UZADILIR

Marja.az saytı yazır ki, kredit götürənlərlə banklar arasında mübahisə böyüyür:

«Dollarla kredit alanlar banka borclarını köhnə məzənnə ilə qaytarmaq istəyirlər. Onlar bildirirlər ki, bir anda borclarının 34% qalxması vəsaitin qaytarılmasında çətinlik yaradır. Banklar isə müştərilərinin ödəniş qrafikinə yenidən baxaraq, borcun müddətinin uzadılmasını təklif edirlər. Məsələn, banka 6 ay borcu qalan şəxsə borcunu 9 aya ödənilməsi təklif olunur. Bu halda aylıq ödəniş məbləği aşağı düşdüyündən, müştərinin üzərinə düşən aylıq yük azalır».

Banklar bildirirlər ki,kredit hansı valyutada götürülübsə, həmin valyuta ilə də qaytarılmalıdır. Bu da borcun yeni məzənnə ilə ödənilməsi deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG