Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Ədəbiyyat portalları bağlandı


kulis.az
kulis.az

-

Son illərdə Azərbaycan ədəbiyyatına öz töhvəsini vermis iki populyar sayt - kult.az və kulis.az martın 1-dən fəaliyyətini dayandırıb.

Artıq bu saytlara birbaşa giriş mümkün deyil.

“APA Holding” şirkətlər qrupu bununla bağlı yaydığı məlumatda kulis.az-la birlikdə ailem.az və avtolent.az saytının da fəaliyyətinin dayandırdığını bildirib və bunu adıçəkilən saytların rentabelliyinin azalması ilə izah edib.

Lent.az saytının rəhbəri Qabil Abbasoğlu Oxu Zalına bildirib ki, əslində kulis.az lent.az tərkibində fəaliyyətini davam etdirir və sayt işçiləri arasında heç bir ixtisar olmayıb.

Həmçinin, kult.az saytının bağlanması ilə bağlı açıqlama verən saytın təsisçisi Aynur Camalqızı deyib ki, saytın bağlanması maliyyə böhranı ilə bağlı deyil, sadəcə təsisçinin biznes maraqlarına cavab verməməsinə görədir.

Axar.az saytının baş redaktoru Anar Mahmudoğlu Oxu Zalına açıqlamasında bildirib ki, kult.az bundan sonra axar.az-ın tərkibində fəaliyyət göstərəcək və saytın işçilərinin heç biri ixtisar edilməyəcək.

XS
SM
MD
LG