Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

İran-Qərb danışıqları: Netanyahu əsəbiləşir


SWITZERLAND-- (From L) US Under Secretary for Political Affairs Wendy Sherman, US Secretary of State John Kerry, US Secretary of Energy Ernest Moniz, Robert Malley, member of the US National Security Council, Iranian Deputy Foreign Minister Abbas Araghchi
SWITZERLAND-- (From L) US Under Secretary for Political Affairs Wendy Sherman, US Secretary of State John Kerry, US Secretary of Energy Ernest Moniz, Robert Malley, member of the US National Security Council, Iranian Deputy Foreign Minister Abbas Araghchi

Benjamin Netanyahu bəyan edib ki, İranla danışıqlarda onun ölkəsinin “ən qorxulu ehtimalları və hətta bundan da pisi” doğrulmaqdadır.

Dünyanın 6 supergücünün İranla İsveçrənin Lozanna şəhərində aspardığı nüvə danışqıları ən intensiv mərhələsinə qədəm qoyub.

Bunu xəbər verən dünya mediası həmdə bildirir ki, İsrailin baş naziri Benjamin Netanyahu bu danışıqlardan xeyli əsəbilik keçirir və onun gedişatından bərk narahatdır.

Təhlilçilər Netanyahu-nın əsəbiliyini, bağlı qapılar arxasında keçirilən Lozanna danışıqlarında saziş əldə edilə biləcəyinin işarəsi kimi qiymətləndirirlər, beləki o, məxfi danışıqlardan kənarda olsa da, oradakı vəziyyətdən ən xəbərdar birisi kimi tanınır.

Ötən həftə “The Wall Street Journal” qəzeti yazırdı ki, Ağ Ev rəsmiləri İsrali Qərb-İran danışıqlarında ABŞ-ın əleyhinə casusluq etməkdə, administrasiya ilə Konqresi toqquşdurmaq cəhdində günahlandırırlar.

İsrail bu iddiaları dərhal rədd etmişdi.

Lakin indi İsrailin baş naziri Benjamin Netanyahu bəyan edib ki, İranla danışıqlarda onun ölkəsinin “ən qorxulu ehtimalları və hətta bundan da pisi” doğrulmaqdadır.

Nazirlər səfərlərini ləğv ediblər

Mətbuat yazır ki, İran-Qərb danışıqlarına ümidləri artıran başqa əlamətlər də var.

ABŞ-ın dövlət katibi, habelə Almaniya və Fransanın xarici işlər nazirləri bu danışıqalrı başa çatdırmaq naminə bu həftənin ilk iki günü üçün bütün cari səfərlərini ləğv ediblər.

Dövlət katibi John Kerry mərhum senator Edward Kennedy-yə həsr olunmuş mərasimdə iştirak edə bilməyəcəyini bildirib.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier və onun fransalı həmkarı Laurent Fabius isə Qazaxıstan səfərindən imtina ediblər.

İranla sazişin əldə edilməsi üçün son müddət martın 31-də başa çatır.

Danışqılarda iştirak edən Çin, Rusiya, Britaniya nümayəndələri də nikbin işarələr verirlər.

Mərhələli yanaşma

ABŞ rəsmiləri deyirlər ki, bütün tərəflər İranın nüvə proqramı məsələsinə “mərhələli” yanaşma prinsipini qəbul ediblər, lakin “bəzi əngəlli məqamlar” qalmaqda davam edir.

P5+1 qrupu kimi tanınan 6 ölkənin əsas məqsədi İranın nüvə silahına can atmadığına əmin olmaqdır.

Onlar yalnız bu təqdirdə Tehranı əzən beynəlxalq sanksiyaların qaldırılmasına razılaşıblar.

İranın özü də danışqıların gedişindən razı görünür.

Danışıqçılar masa üzərində həllini tapmamaış iki məsələnin qaldığlını bildiriblər.

Birincisi, İran üzərindən sanksiyaların necə qaldırılacağı, ikincisi isə əldə olunacaq sazişin müddəti məsələsidir.

Başqa sözlərlə, söhbət İran tərəfinin sazişin hansı müddətdə qüvvədə olacağına münasibətindən gedir.

5-cə ilin söhbəti

Danışıqlardan sızan məlumatlara görə mübahisə “5-cə ilin” üstündədir. Beləki, Qərb diplomatları sazişin 15 il müddətində qüvvədə olmasını istəyirlər, İran tərəfi isə bildirir ki, “15 ilin heç söhbəti də gedə bilməz” və onlar “on ildən çoxa razı ola bilməzlər”.

Bəzi məlumatlara görə, İran tərəfi nüvənin zənginləşdirilməsi üçün sentrifuqlarının sayının 10 mindən 6 minə endirilməsinə də meylli görünür.

İranın baş danışıqçısı, Abbas Araqchi deyib ki, onun komandası danışıqların nəticə verəcəyi barədə nikbindir.

Bununla belə o, o təkrar edib ki, İran heç bir vəchlə P5+1-in ölkənin nüvə materialının xaricə göndərilməsi tələbi ilə razılaşmayacaq.

Britaniyanın xarici işlər naziri Philip Hammond deyib ki, hamı sazişin əldə olunmasına can atır, lakin saziş İranı nüvə silahı yaradılması qabiliyyətindən qəti şəkildə məhrum etməlidir.

“Bu məsələdə heç bir kompromis ola bilməz” – deyib Hammond.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG