Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

İşçi Qrup məhbusların vəziyyətini daha ətraflı araşdırmaq qərarına gəlib


Əlməmməd Nuriyev
Əlməmməd Nuriyev

Ötən həftə İnsan Hüquqları üzrə Birgə İşçi Qrup 6 aylıq fəaliyyətini dəyərləndirib. Bununla bağlı müzakirələrdə yekdil qərar bu olub ki, işi daha da səmərəli qurmaq lazımdır. Bəs, İşçi Qrup nələr planlaşdırır, işini necə quracaq? Qrupun üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna bu haqda danışıb.
Müsahibədən bir hissəni burada dinlə:

Gözlə

No media source currently available

0:00 0:03:35 0:00
Direct-ə keçid

- Əliməmməd bəy, ötən həftə Birgə İşçi Qrupun Avropa Şurası baş katibinin nümayəndəsi Alekcandr Gesselin iştirakıyla toplantısı oldu. Qrup üzvlərindən Səməd Seyidov, Fuad Ələsgərov işi daha da səmərəli qurmaq haqda danışıblar. Səmərəli olması üçün işi necə quracaqsız? Bundan sonraya planlarınız nədir?

- İşçi Qrup son 6 ayda görülən işləri müzakirə etdi və nəticələri qiymətləndirdi.

Burda ayrı-ayrı maraqlı şəxslərlə bağlı müzakirələr əlbəttə ki müzakirə obyekti oldu. Eyni zamanda, vətəndaş cəmiyyətinin vəziyyəti də müzakirə edildi. Orda da bir fikir xüsusi vurğulandı ki, İşçi Qrup barəsində məhkəmə hökmü çıxarılanlarla bağlı araşdırmaları davam etdirsin. Ola bilsin onların haqqında məhkəmə hökmü çıxarılanda hansısa yanlışlar olub, hüquqları pozulub və s.

Əfv prosesinin davamlı olması istiqamətində arzularımızı bildirdik.

Bundan başqa, vətəndaş cəmiyyəti haqqında qaydaların hazırlanmasının sürətləndirilməsini də söylədik. Bu qrupda işimizi davam etdirəcəyik. Bir amili də deyək, hansısa siyahıların olması vacib məsələ deyil. Biz bütün müraciətlərə baxırıq. Bu müraciətlər təkcə məhkumlar, ya da istintaq altında olanlar tərəfindən edilmir, həm də qohumlarının müraciətləri də araşdırılır. İşçi Qrupunda vətəndaş cəmiyyətindən olan nümayəndələr özləri ayrıca görüşlər, iclaslar keçirir. Bu haqda katibliyə məlumat verilir ki, gündəliyə salınsın.

Biz yalnız azadlıqdan məhrum edilənlərlə bağlı iş görmürük. Məsələn, İşçi Qrupun həmsədri, Prezident Administrasiyasının şöbə müdiri Fuad müəllum bizə maraqlı bir təklif verdi ki, qanunverici təşəbbüslərlə çıxış edək, yəni hansı qanunlarda boşluqlar var, nələr çatmır, bəlkə insan hüququ və azadlıqlarını daha etibarlı təmin etmək yönündə bəzi qüsurlar qanunvericilikdəki çatışmazlıqlarla, nöqsanlarla bağlıdır.

- Elə bir təklifiniz varmı?

- Bu istiqamətdə müəyyən araşdırmalarımızı apardıqdan sonra təkliflərimizi verəcəyik. Xüsusilə bəzi normalarda problemlər var. Sadəcə bununla bağlı ortaya ciddi arqumentlər qoymaq lazımdır. Praktikanı bir daha araşdırmalıyıq, vəkillərlə təmas qurmalıyıq. Bundan sonra qanunvericilikdəki qüsur və boşluqlarla bağlı təklif verəcəyik. Bütün hallarda qanunvericilikdə qüsurlar və boşluqlar varsa, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə əngəllər yaradır. Hansısa prosesdə zərəçəkmişin, təqsirləndirilən şəxsin hüquqlarının tam qorunmasının qarşısını ala bilər. Bu zəruri istiqamətdir.

O toplantıda biz ayrı-ayrı məhkumların səhhəti ilə bağlı məsələləri də qaldırdıq. Yeni praktika yaranmaqdadır. Bəzi məhkumların müayinəsində həkimlərlə yanaşı İşçi Qrupun nümayəndələri də iştirak edirlər.

- Söhbət hansı məhbuslardan gedir? Onların arasında Leyla Yunus da varmı? Vəkilləri səhhətinin pisləşdirini bildirirlər.

- Biz həm mətbuatda, həm fərdi müraciətlərlə bağlı müzakirə aparırıq. Mən burda konkret şəxsin adını çəkmək istəmirəm. Bu konfedensial xarakterli məlumatlardır. Fərdlərlə bağlı informasiya onların razılığı ilə açqılana, ictimailəşdirilə bilər.

- Ancaq bəzi məhbuslarla bağlı məlumatlar artıq ictimailəşib, bu haqda vəkillər, yaxınları mətbuatda məlumatları, narahatlıqlarını bölüşüblər.

- Ola bilər. Elə standart var ki, ondan hüquq müdafiəçisinin kənara çıxması yanlış olardı. Əsas məsələ ümumi fikrə gəlməkdir, prosesin davamlı olmasını təmin etməkdir.

- Söhbət əsnasında dediniz ki, siyasi məhbuslarla, eləcə də istintaq altında olanlarla bağlı müzakirələr gedib. Onların adı əfv siyahısına salına bilər? Və ya onlarla bağlı araşdırma aparılacaqmı, onların istintaqı, barələrində çıxarılan məhkəmə qərarına yenidən baxılması mümkündürmü?

- Hər şeydən əvvəl deyim ki, əfv ancaq haqlarında qüvvəyə minmiş məhkəmə hökmü olanlara tətbiq olunacaq. Bu əfv institutunun mahiyyəti ilə bağlıdır. O şəxslərin ki, haqqında istintaq araşdırması gedir və ya məhkəmə istintaqı davam edir, ya da məhkəmə hökmü olsa belə apelyasiya şikayəti vermək hüququ varsa, onların adının əfvə slaınması mükün deyil. Qanun yol vermir. Amma hqqında məhkəmə hökmü qüvvəyə minən və əfvlə bağlı müraciətləri olanlarla bağlı müzakirələr gedir və davam edəcək. Müvafiq qərarın qəbulu gözlənir. Bir də burda məşhurlarla bağlı yox, tanınmayan məhbuslarla bağlı da müraciətlər araşdırılır.

- Əfv olacaqmı?

- İstisna etmirəm. Mayda əfv olması gözləniləndir. Əlbəttə, prezidentin səlahiyyətinə aiddir. Amma biz bunu gözləyirik və arzulayırıq.

- Siyahı təqdim etmisizmi?

- İşçi Qrup daxil olan müraciətlərlə bağlı məlumatları Əfv Komissiyasına göndərir.

- Siyasi məhbuslardan kimlərin adları var?

- Bu prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Mən bu haqda fikir deməyim yanlış olardı.

- Sonuncu əfv sərəncamı ictimai fəallar arasında məyusluq yaratdı. Hətta bəziləri hüquq müdafiəçilərini İşçi Qrupunu tərk etməyə çağırdılar. Sərəncamda cəmi 4 siyasi məhbusun adı vardı. Siz nə düşünürsüz?

- Biz ayrı-ayrı siyahılara görə qərar vermirik. Özü də orda 4 yox, 15-ə qədər məhbusun adı vardı.

- Həmin 15 nəfər kimdir?

- Bilmirəm. Mən onların adını xatırlamıram. Hamısını əzbər bilmirəm. Hər halda, 6 aylıq hesabatda həmin adlar səsləndirildi. Ola bilsin onların adı kimlərinsə tərtib etdiyi siyahılarda yoxdur. Ancaq bütövlükdə belə düşünürük ki, əfv sərəncamında 4-5 nəfər tanıdğımız adamın adı varsa, bu azdır. Bunu eyni zamanda elə qəbul etməməliyik ki, biz qaldırdığımız məsələlərin hamısı 100 faiz həll edilməlidir. Onda biz rəsmi qurumları əvəz etmiş olarıq. Bu da düz yanaşma deyil.

Qrupu tərk etməyə gəlincə, bunu təbii qəbul edirəm. Mən öz işimi görürəm və mənə mənfi, pozitiv münasibətdən asılı olmadan işimi davam etdirəcəm. İşçi Qrupu güclənir və dünənə qədər onu qəbul etməyənlər də ona müraciət edirlər.

- O zaman belə başa düşməliyik ki, İşçi Qrup etimadı doğruldur?

- Bunu Alekcandr Geseel də dedi. Beynəlxalq qurumlar, səfirliklər də bunu deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG