Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:38

AŞPA-nın yaz sessiyası başlayır


AŞPA
AŞPA

-

Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Sessiyada Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti də iştirak edəcək.

Bu haqda məlumat Milli Məclisin saytında yerləşdirilib.

Nümayəndə heyətinə Səməd Seyidovun başçılıq edir.

Heyətə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildir.

Sessiyada Ukraynada vəziyyət, İŞİD adlanan terrorçu qrupun fəaliyyətinin nəticələri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatların çıxışları gözlənilir.

XS
SM
MD
LG