Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 03:23

Obama deyir ki, İran haqqında qanun danışıqları korlamayacaq


Barack Obama
Barack Obama

-

Aprelin 17-də ABŞ prezidenti Barack Obama bəyan edib ki, Konqresə təklif olunan qanun layihəsi İranın nüvə proqramı üzrə danışıqlara xələl gətirməyəcək.

Obama imzalamağa hazırlaşdığı qanun layihəsini «ağlabatan kompromis» adlandırıb. Bu qanun layihəsi Konqresə istənilən razılaşmaya yenidən baxılmasına imkan verəcək.

Ağ evdəki mətbuat konfransında Obama-nın dediyinə görə, Senatın xarici əlaqələr komitəsinin rəhbəri senator Bob Corker və Senatdakı demokrat qrupun başçısı Ben Cardin onu əmin ediblər ki, qanun layihəsinə İranla gözlənilən razılaşmanı məhv edəcək heç bir düzəliş daxil olmayacaq.

ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya aprelin 2-də İranla çərçivə sazişi barədə razılığa gəliblər. İndi onlar İranın öz nüvə proqramının məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsi barədə 30 iyun tarixində hərtərəfli müqavilə bağlamağa ümid edirlər. Tehran gizli şəkildə nüvə silahı hazırladığı barədə bəzi Qərb ölkələrinin iddialarını rədd edir.

XS
SM
MD
LG