Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:02

Həmməruzəçilər Rəsul Cəfərovun həbsinə münasibət bildirdilər


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntTadeusz Iwinski hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində hökmdən narahatlıqlarını bildiriblər.

Turan-ın məlumatına görə, həmsədrlər adından yayılan bəyanatda deyilir:

«Biz martda vəziyyətin monitorinqi çərçivəsində Azərbaycana səfərimiz zamanı Rəsul Cəfərovla görüşdük. O, məhkəməyə qədər həbs altında idi. R.Cəfərov ona qarşı ittihamların siyasi motivli olduğunu bildirdi. Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil».

Həmməruzəçilər ümidvardırlar ki, hakimiyyət Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalətin, tərəflərin bərabərliyinin, təqsirsizlik prezumpsiyasına hörmətin təminatı üçün addımlar atacaq».

Hüquq müdafiəçisinin məhkəməyəqədərki həbsə dair şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır və Avropa Şurası insan hüquqları komissarı üçüncü tərəf kimi bu prosesə müdaxilə etmək hüququndan istifadə edib.

Bu, ötən il hüquq müdafiəçiləri və jurnalistlərin həbsindən sonra AŞPA həmsədrlərinin Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təqibini və həbsini açıq şəkildə pisləməsi ilə bağlı ilk haldır.

Aprelin 16-da Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub. O, 3 il müddətinə dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

XS
SM
MD
LG