Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

Putin: "Məqsəd Rusiyada keçiriləcək çempionatı qadağan etməkdir"


Sepp Blatter və Vladimir Putin
Sepp Blatter və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatları FİFA-nın işlərinə müdaxilədə və Sepp Blatterin yenidən təşkilatın prezidenti seçilməsini əngəlləməyə cəhddə günahlandırır.

O mayın 28-də yerli televiziyaya müsahibəsində deyib ki, mayın 27-də 7 FİFA üzvünün həbsi məhz Blatterin yenidən seçilməsinə qarşı yönəlib.

Putin bildirib ki, FİFA prezidentinə təzyiqlərdə əsas məqsəd isə Rusiyada keçiriləcək dünya çempionatını qadağan etməkdir.

“Cümə günü FİFA prezidentliyinə seçki keçirilməlidir və cənab Blatterin yenidən seçilməsi üçün tam şansı var. Və biz bilirik ki, ona qarşı yönəlmiş təzyiqlərdə məqsəd, 2018-ci ildə Futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsini qadağan eləməkdir”-deyə o vurğulayıb.

O həmçinin FİFA-dakı həbslər, ABŞ Milli Təhlükəsialik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden və WikiLeaks saytının rəhbəri Julian Assang arasında paralellər aparıb.

Fransa və Böyük Britaniya seçkini təxirə salmağa çağırıblar.

Fransa və Böyük Britaniyanın xarici işlər nazirlikləri FİFA-nı kəskin tənqid edib və mayın 29-da təşkilata keçiriləcək prezident seçkisini ləğv etməyə çağırıblar.

Fransanın xarici işlər naziri Laurent Fabius mayın 28-də bildirib ki, FİFA üzvlərinin həbsindən sonra əsasən təşkilatın hazırkı prezidenti Sepp Blatter və İordaniya karalı Ali bin Hussein arasında gözlənilən bu seçki ləğv etməyə əsas verir.

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond isə BBC-ə müsahibəsində bildirib ki, FİFA-da islahatlar aparılmalıdır.

Həmçinin UEFA bundan əvvəl Sepp Blatterə səslənən istefalar fonunda seçkini 6 ay təxirə salmağa çağırıb.

Blatter Sürixdə FİFA rəhbərlərinin təcili iclasını çağırıb.Hələlik görüş barədə ətraflı məlumat verilmir.

Blatter mayın 28-də Sürixdə Təşkilatın qurultayını açmalıdır.

Amma UEFA qurultayı boykotla hədələyib.

İngiltərə Futbol Assosiasiyası hesab edir ki, Blatter getməlidir.

İngiltərə Futbol Assosiasiyasının sədri Greg Dyke də bəyan edib ki, FIFA prezidenti Sepp Blatter qurum ətrafındakı korrupsiya qalmaqalına görə dərhal istefa verməlidir.

O bildirib ki, Blatterə inanmır və o getməlidir.

Blatter bundan əvvəl demişdi ki, FIFA korrupsiyanın kökünü kəsmək cəhdlərini artırmaqla futbol azarkeşlərinin inamını yenidən qazana bilər.

Amma Greg Dyke hesab edir ki, nə qədər ki, Blatter ordadır, FIFA-da inamı bərpa etmək mümkün deyil.

O, ya istefa verməli, ya seçkidən kənarlaşdırılmalı, ya da üçüncü yol tapmalmalıdır, onu güclə də qova bilərik-deyə o vurğulayıb.

Amerikalı prokuror FİFA rəhbərliyinin rüşvət aldığını deyir.

ABŞ rəsmiləri bildirir ki, FIFA rəhbərliyi 2010-cu il dünya çempionatının Cənubi Afrikada keçirilməsi üçün rüşvət alıb.Baş Prokuror Loreta Lenc mayın 27-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında araşdırmaların bəzi detallarını açıqlayıb.

O həmçinin 2011-ci ildə FIFA-da keçirilən prezident seçkisi və 2016-cı il Amerika kuboku ilə bağlı rüşvət ittihamları olduğunu deyib.

Mayın 27-də İsveçrədə 7 FİFA rəsmisi həbs olunub. Birləşmiş Ştatlar onlar da daxil olmaqla 14 nəfəri korrupsiyada ittiham edir.

2018 və 2022-ci illər dünya çempionatlarının Rusiya və Qətərdə keçirilməsi üçün də rüşvət ittihamlar var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG