Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

2015-ci ilin büdcə gəlirləri 1 milyard manat azaldılıb


Samir Şərifov
Samir Şərifov

-

2015-ci ilin büdcə layihəsinin gəlirləri 19 milyard 430 milyon manatdan 18 milyard 300 milyona qədər azaldılıb.

Bu ilin büdcə xərclərini azaltmaq üçün bəzi layihələr ixtisar olunub, bəziləri təxirə salınıb.

Bu haqda maliyyə naziri Samir Şərifov parlamentin mayın 29-da keçirilən sonuncu yaz sessiyasında məlumat verib. Nazir bildirib ki, büdcədə, özəlliklə, investisiya xərcləri azaldılıb. Bununla belə bəzi sahələrə, məsələn, kənd təsərrüfatına ayırmalar artırılıb.

AzadlıqRadiosuna danışan deputat İqbal Ağazadə neft gəlirlərinin azalması fonunda hökumətin bu addımlarını düzgün qiymətləndirir:

«Bu il Azərbaycanda kənd təsərrüfatı ili elan edildiyinə görə, bu sahəyə ayırmalar ötən illərlə müqayisədə xeyli çox olub. Dövlət büdcəsində kənd təsərrüfatına 535 milyon vəsait ayrılıb. Düzdür, ipoteka, sahibkarlığa ayrılan vəsaitlər hələ də azdır. 2015-ci ilin büdcəsində 40 milyon ipotekaya, 202 milyon sahibkarlığa ayrılması nəzərdə tutulur».

İqbal Ağazadə deyir ki, büdcədə ixtisar və təxirə salma qrafik üzrə aparıldığından konkret hansı layihələrdən söhbət getdiyi haqda dəqiq məlumatı yoxdur.

XS
SM
MD
LG