Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:14

Üzeyir bəyin daha bir yadigarı bərpa edildi


«Aşıqsayağı» əsərinin notları
«Aşıqsayağı» əsərinin notları

-

Üzeyir bəy Hacıbəylinin Milli Tarix Muzeyinin Hədiyyələr və Xatirə əşyaları fondunda qorunub saxlanılan bir yadigarı bərpa olunub.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, bu, Azərbaycan SSR xalq artisti İsmayıl Hidayətzadənin materialları içərisində olan Üzeyir Hacıbəylinin «Aşıqsayağı» əsərinin notlarıdır.

İsmayıl Hidayətzadə 1937-ci il aprelin 28-də Üzeyir bəyin «Koroğlu» operasını tamaşaya qoymuş rejissordur.

Elə həminildə Bakıda nəşr edilmiş 5 vərəqdən ibarət notları bəstəkar İsmayıl Hidayətzadəyə xatirə olaraq verib.

Notlar kitabının I səhifəsinin sol küncündə Ü.Hacıbəylinin latın əlifbası ilə yazılmış avtoqrafı var: ««Koroğlu» operasının müqtədir rejissoru və sovet səhnəsinin qəlbi yaradıcılıq atəşi ilə dolu olan qızğın xadimi İ.Hidayətzadəyə bir yadigar. Ü.Hacıbəyli 8.XII-37».

Muzeyə verilərkən çox köhnə və cırıq vəziyyətdə olan notlar Muzeyin bərpa laboratoriyasının rəssamı Firuzə Ağayeva tərəfindən bərpa edilib və yenidən fondda öz yerini tutub.

Notları Muzeyə İsmayıl Hidayətzadənin həyat yoldaşı Sultan Atakişiyeva bağışlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG