Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:53

Stadionunun Avropa Oyunlarından sonrakı halı (Fotoqalereya)


Cəmi bir ay öncə - iyunun 28-də Bakı Olimpiya Stadionu Avropa Oyunlarının bağlanışına hazırlaşırdı. O zaman burda adam əlindən tərpənmək mümkün deyildi.

Bu günsə... İyulun 28-də, necə deyərlər, Lələ köçüb yurdu qalıb. Ətrafda səssizlikdir. Səssizliyi pozan ara-sıra gözə dəyən yaşıllıq idarəsinin əməkdaşlarının qazon aparatı, bir də yüz metrdən bir qarşına çıxan mühafizəçilərdir.

Mühafizəçilər yenə də nəzakətlə danışırlar, yol göstərirlər. Hamısı da ağ köynəkdə, qara şalvarda və hələ də Bakı 2015-in simvolları olan kartlarla gəzirlər.

Baki-2015-i xatırladan təkcə mühafizəçilər deyillər. Avropa Oyunlarının simvolları hər addımda qarşına çıxır: bənövşəyi nar, plakatlar yığışdırılmayıb. Yəqin bir də iki il sonra İslamiada zamanı onları yeni plakatlar əvəzləyər. Əgər bu iki ildə əlavə tədbir-filan olmazsa...

Stadionun ərazisi dəmir hasarla ikiyə bölünüb. İçəri keçmək üçün gərək yazılı müraciət edəsən. Mühafizə xidmətindən belə deyirlər. Səbəbini də onunla izah edirlər ki, Avropa Oyunları zamanı quraşdırılmış qurğuların söküntüsü gedir: “Siz çəkiliş aparan zaman gərək söküntünü dayandıraq”.

Böyük ərazidə hasarların küncündə boş plastik su və yemək qabına, siqaret kötüyünə, qum kisələrinə, torpaq topalarına kağız və sellofan parçasına, bir də çirkli sulara rastlamaq olar.

Avropa Oyunları bir aydır bitib. Görəsən, bir il sonra buralar necə görünəcək?

2012-ci ildə tikintisinə başlanan və bu il təhvil verilən Bakı Olimpiya stadionu rəsmi məlumata görə 500 milyon manata başa gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG