Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Macarıstan 174 km tikanlı məftil çəkir


Suriyalı miqrant uşağı tikanlı məftilin üstündən keçirir 26 avqust, 2015
Suriyalı miqrant uşağı tikanlı məftilin üstündən keçirir 26 avqust, 2015

Münaqişələr və yoxsulluğun əlindən qaçan miqrantlar Macarıstan sərhəddində maneə ilə üzləşib. Onların qarşısını kəsmək üçün Serbiya ilə Macarıstan arasındakı sərhəd xəttinə 174 kilometr uzunluğunda ülgüclü məftillərdən hasar çəkilib.

Bütün bu tədbirlər yaxşı həyat arzusunda olan miqrantların önünü kəsə bilməyib. Onlar bu məftillərin alrtından sürünərək və ya dəmir yolları boyunca gedərək Macarıstan tərəfə keçə biliblər. 25 yaşlı Herat kimi bu miqrantların çoxu Suriyadakı vətəndaş müharibəsindən qaçanlardır.

“Biz dünən sərhədi keçməyə çalışdıq.Ancaq cəhdimiz uğursuz oldu. Çünki sərhədə çoxlu polis düzülüb.”

Miqrantlar Avropa Birliyi ölkələrindən sığınacaq istəyirlər. Onlar Aralıq dənizini aşaraq Macarıstana çata biliblər. Yolculuqlarına Türkiyədən başlayıblar. Daha sonra Yunanıstan, Makedoniya, oradan da Serbiyaya gəliblər. Serbiyadan da Macarıstana keçməklə ilk Şengen zonasına ayaq basmış olurlar. Buradansa yollarına pasportsuz davam etmək onlar üçün elə də çətin olmayacaq.

“Mən Almaniyaya getməyi düşünürəm”

Bunu miqrantların çoxu deyir. Sərhəd agentliyi Frontex bildirir ki, ötən ay Avropa Birliyinin sərhədini rekord həddə- 107 min 500 miqrant keçib.

Yunanıstan-Makedoniya sərhəddində miqrant uşaq, 27 avqust 2015
Yunanıstan-Makedoniya sərhəddində miqrant uşaq, 27 avqust 2015

Serbiya və digər Balkan ölkələri avqustun 26-da Vyanada Avropa Birliyi ölkələri ilə keçirilən zirvə toplantısında miqrant axını ilə bağlı təcili tədbirlər görməyə çağırıblar. Almaniya kansleri Angela Merkel bildirib ki, bu il 800 min miqrant onun ölkəsinə sığınacaq üçün müraciət edib.

Macarıstanın Serbiya ilə sərhədinə yaxın Morahalom regionunda məyusluq var. Onlar miqrant axının qarşısını almaq üçün Macarıstan hökümətinin hündür hasar çəkmə qərarını xoş qarşılamayıblar.

“Mən özümü zooparkdakı kimi hiss edirəm. Heyvan deyiləm,hasarlarla qorunmağıma ehtiyac yoxdur. Özümü azad hiss etmirəm”.

Macarıstansa Serbiya ilə sərhədini gücləndirib. Miqrant axının qarşısını almaq üçün sərhəddi havadan helikopterlərlə, qurudansa polis dəstələri ilə müdafiə edir.

Ancaq bu tədbirlər Avropaya üz tutan insanların qarşısını kəsə bilmir.

XS
SM
MD
LG