Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

Erika qasırğası Dominikanı vurdu


Axtarış helikopterləri Erika tropik qasırğasının ardınca Karib körfəzindəki Dominika adasında evlərində ilişib qalmış sakinləri xilas etməyə çalışırlar.

Sel suları nəticəsində artıq 12 nəfərin öldüyü xəbər verilib.

Yollar, körpülər və adanın əsas aeroportu tamamilə dağılıb.

Ötən gecə balaca ada üzərindən keçən qasırğanın gətirdiyi yağışlar bir neçə saat ərzində böyük dağıntılar törədib.

72 min əhalisi olan adada daha 20 nəfər itkin sayılır. Evlərin 80 faizi işıqsız və susuz qalıb.

İndi Erika qasırğasının gəlişinə Puerto Rika və Kuba hazırlaşır.

ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib.

XS
SM
MD
LG