Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:28

Xalq artisti Nuriyyə Əhmədova vəfat edib


Nuriyyə Əhmədova.
Nuriyyə Əhmədova.

-

Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Nuriyyə Əhmədova vəfat edib.

1 saylı Klinik Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, N.Əhmədova oktyabrın 9-da xəstəxanaya gətirilib. Xalq artisti oktyabrın 10-da saat 04.35-də ürək çatışmazlığından vəfat edib.

Mərhum oktyabrın 10-da Mərdəkanda dəfn olunacaq.

Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu idi. Aktrisa kimi fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə «Mozalan» süjetlərində çəkildikdən sonra olub.

2007-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.

O, «Fransız», «Bağ mövsümü», «Bəxt üzüyü», «Bəyin oğurlanması», «Yaramaz», «Həm ziyarət, həm ticarət...» kimi filmlərdə və televiziya tamaşalarında oynayıb.

Aktrisa iki övladını vaxtsız itirmişdi. Öz evi olmayan Nuriyyə Əhmədova kirayədə yaşayırdı.

XS
SM
MD
LG