Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

Yağışlar kəsilir


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Oktyabrın 11-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

XS
SM
MD
LG