Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:18

Moskva «Taliban»ı silahlandırır?


Talibançılar
Talibançılar

-

Rusiya «Taliban»la əlaqələrini möhkəmləndirir və onlara gözə çarpacaq dəstəyi verirmiş.

Bunu «The Associated Press»ə adını açıqlamayan Amerika kəşfiyyatçısı deyib.

Onun sözlərinə görə, Əfqanıstanın şimalındakı Qunduz şəhərini tutan talibançıların Rusiyanın dəstəyini almasına dair onlarda sübutlar var. Rusiya «Taliban»ı silahla təchiz edib, onlara hərbi təlim keçib.

«Rusiya «Taliban»a silah və pulu ona görə verib ki, Rusiyada fəaliyyəti qadağan edilən İŞİD-ə qarşı döyüşsünlər», - Amerika kəşfiyyatının əməkdaşı deyib. Onun sözlərinə görə, talibançılarda Rusiyada istehsal olunan «Kalaşnikov» avtomatı, yeni «Kalaşnikov» pulemyotu, tank əleyhinə qumbaralar aşkar edilib.

Kəşfiyyatçı deyir, onlar 100 faiz əmindirlər ki, Rusiya talibançılar arasında müəyyən qrupları dəstəkləyir. Bu qruplar Əfqanıstanın sərhədində məskunlaşıb və Tacikistandan kömək ala bilir, əsasən, İŞİD-ə qarşı döyüşür.

«The Associated Press»in mənbəsi hesab edir ki, Moskva talibançılara dəstək verməklə həm də Kabilin ABŞ-a meylli hakimiyyətini zəiflətmək istəyir.

XS
SM
MD
LG