Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Vergilər Nazirliyi şikayətlərin azaldığını deyir


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

-

Yanvar ayında vergiödəyicilərin şikayətləri azalıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatına görə, ötən ay nazirliyə ümumilikdə 7 min 993 müraciət daxil olub. Bu, dekabr ayının göstəriciləri ilə müqayisədə 20 faiz azalma deməkdir. Xəbəri «Trend» yayıb.

Vətəndaşlar daha çox müxtəlif arayışların alınmasından, kameral və səyyar vergi yoxlamalarından şikayət edirlər.

Nazirlik müraciətlərdən 70 faizə qədərinin müsbət həll olunduğunu bildirib.

XS
SM
MD
LG