Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

Cəbhəyə gedən diplomatlar danışdılar


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı

«Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli vacibdir».

Bunu mayın 6-da cəbhə xəttinə səfər edən diplomatlardan ABŞ səfirliyinin hərbi attaşesi, polkovnik Keys N. Felter deyib.

APA-nın xəbərinə görə, polkovnik münaqişənin sülh yolu ilə həllinə ümidvar olduqlarını ifadə edib:

«Ümid edirəm ki, hər iki tərəf münaqişənin sülh yolu ilə həlli üçün bir yol tapacaq və biz bir daha belə səhnələri görməyəcəyik. Hər iki tərəf bu münaqişədən əziyyət çəkir. Ona görə də, münaqişə sülh yolu ilə həllini tapmalıdır».

Avropa Birliyinin nümayəndəsi Toralf Pilz isə münaqişənin tənzimlənməsində səylərin artırılmasının vacib olduğunu deyib.

«İnsanlar neçə illərdir bu ərazidə təhlükə altında yaşayırlar. Buradan qayıtdıqdan sonra, münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi sürətləndirməliyik. Yüksək rütbəli diplomatlara bu barədə məlumat verəcəyəm» - deyə Avropa Birliyinin rəsmisi təəssüratlarını bölüşüb.

XS
SM
MD
LG