Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Dini komitə hesabatla razılaşmır


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

-

«ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının mayın 2-də təqdim etdiyi sənədin təhlili deməyə əsas verir ki, orada bir çox dəqiqləşdirilməmiş məlumatlar öz əksini tapıb».

APA-nın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının son hesabatını şərh edərkən deyib.

Şöbə müdirinin fikrincə, hesabat hazırlanarkən kifayət qədər etibarlı mənbələrdən istifadə edilməyib. Dəqiqləşdirilməmiş və müvafiq qaydada yoxlanılmamış məlumatlar sənədə daxil edilib.

«Sənəddə dəfələrlə din haqqında 2009-cu il qanununa istinad edilir. Halbuki, «Dini etiqad azadlığı haqqında» qanun 1992-ci ildə qəbul olunub və ona dəfələrlə, o cümlədən 2009-cu ildə dəyişikliklər edilib. Digər bir səhv isə Qafqaz Müsəlmanları İdarəsinin tarixinin sovet dövrünə aid edilməsidir», - şöbə müdiri deyib.

N.Məmmədli həmçinin, dini qurumların qeydiyyatının ləngidilməsi, onlara maneələrin yaradılması və cəzaların sərtləşdirilməsi barədə hesabatda əks olunan fikirlərlə razılaşmayıb.

O, Azərbaycanın din azadlığına görə 2-ci kateqoriya ölkələr siyahısına daxil edilməsinin əsassız və yoxlanılmamış faktlarla əsaslandığını deyib.

ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası sözügedən hesabatı mayın 2-də açıqlayıb. Hesabatda, Azərbaycan din azadlığına görə, «ikinci dərəcəli» ölkələr sırasına aid edilib.

Bu sıraya Azərbaycandan əlavə Əfqanıstan, Qazaxıstan, Türkiyə və Rusiya kimi ölkələr də daxildir.

Azərbaycanda bu il multikulturalizm ili elan edilib.

XS
SM
MD
LG