Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:17

Teatr mükafatları veriləcək


►Musiqili Teatr mövsümün ən yaxşılarına mükafat verəcək

Teatr bu fikirdədir ki, sona çatmaqda olan mövsüm çox əlamətdar və zəngin olub

Dövlət Musiqili Teatrının 106-cı mövsümü artıq başa çatmaq üzrədir.

Qurumun Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, sona çatmaqda olan mövsüm teatr üçün çox əlamətdar və zəngin olub.

Mövsüm boyu Musiqili Teatrda beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub.

Teatr ölkədə keçirilən Amerika Günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib.

2016-cı il – “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında tamaşalarla çıxış edib.

Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuar nümayiş etdirib.

Kollektiv üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə ilboyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar.

Odur ki, 106-cı mövsümün yekunlaşması ilə bağlı iyulun 4-də teatrda mükafatlandırma mərasimi olacaq.

Ötən ildən əsası qoyulan bu təşəbbüsün nəticəsində “Mövsümün ən yaxşı aktrisası”, “Mövsümün ən yaxşı aktyoru”, “Mövsümün debütü”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün sevilən aktrisası”, “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı tamaşası” müəyyən ediləcək.

Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG