Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Kabel oğrusu Lənkəranın bir neçə kəndini internetsiz qoyub


Foto illüstrasiya
Foto illüstrasiya

-

«3 gündür kəndimizdə nə telefonlar işləyir, nə də internet... Gedirik ATS-ə, deyirlər, «gözləyin, texniki qəzadır, düzələcək». İndi bilmişik ki, sən demə, naqilləri kəsib aparıblar».

RABİTƏ XƏTTİNİN 300-METRLİK HİSSƏSİ KƏSİLİB

Lənkəranın Yuxarı Təngivan kəndinin sakini Sahib Quliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, müəllimdir. Tədrislə əlaqədar daimi internet istifadəçisidir. Ancaq 3 gündür ki, bundan məhrum olub. Yaşadığı mənzilin telefonu və interneti kəsilib. Əvvəl elə bilib ki, bu, tək onun başına gəlib. Ancaq sonra məlum olub ki, belə deyil:

«Bütün kənddə internet, telefon işləmir. Qonşuluqdakı bir neçə kənd də bizim vəziyyətdədir».

Sahib Quliyevin vasitəsilə qonşu kənd olan Siyobilidən sakinlərlə danışdıq. Kənd sakini Əsgər Əsgərov da 3 gündür ki, kəndin internetsiz və telefonsuz qaldığını təsdiqlədi: «Onsuz da düz-əməlli internet xidməti yoxdur. İndi yerli-dibli kəsilib».

«KABEL OĞRULARI AXTARILIR»

«Lənkəranın kəndləri niyə internetsiz və telefonsuz qalıb» sualı ilə Lənkəran Rayon Telekommunikasiya Qovşağına müraciət etdik. Cavabsa bu oldu ki, fevralın 9-da səhər sübhdən kimsə magistral yoldan keçən rabitə xəttinin 200-metrlik hissəsini kəsib aparıb.

«Kabelləri kəsib aparıblar. Polisə müraciət olunub. Aşağı Təngivan, Yuxarı Təngivan, Əşlə, Siyobili kəndlərinə internet və telefon xidmətlərində problemlər yaranıb. Bir azdan hamısı həll olunacaq».

Yuxarı təngivanlı Sahib Quliyev deyir, bu ərazilərdə telefon, işıq, qaz, işıq xətlərinin oğurluğu adi hala çevrilib.

«Kabellərdə mis var, ona görə oğurlayırlar. Belə oğruları tapmaq asandır. Mis qəbul edənləri nəzarətə götürüb bir gündə tapa bilərlər. Sadəcə, tapmaqda maraqlı deyillər».

Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən isə bildiriblər ki, kabel oğruları axtarılır.

XS
SM
MD
LG