Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:35

'Qohum, pul ver, biznes qurum'


İllüstrasiya
İllüstrasiya

►Azərbaycanda 200-300 dollarla hansı biznesə başlamaq olar?

Göyçaylı Xəyal Akifli həyətyanı sahəsini əkib-becərməkdən ötrü pula ehtiyac duyub. Kiminsə cib xərcliyi ola biləcək bu vəsait 24 yaşlı Xəyala istixananın üstünü örtmək üçün lazımıymış:

“600 manata ehtiyacım vardı. Fəhləliklə bunun bir hissəsini düzəltmişdim. Amma yerdə qalanını heç kimdən tapa bilmirdim”.

Bu zaman Xəyal Akifli Facebook-dan tanıdığı tanınmış iş adamlarından birinə yazır, borc istəyir:

“Sağ olsun, verdi, mən də məhsul yetişəndə satıb borcunu ödədim. İndi də 500 manat borc istədim, 5 min şitil gətizdirdim o pula, sentyabrda borcumu qaytaracam”.

Xəyalın 15 sotluq həyətyanı sahəsinə qoyduğu vəsait təxminən 2 min manat civarındadır. Deyir ki, pay torpağı da var, amma vəsaiti olmadığından əkib-becərə bilmir. “Bankdan kredit götürmək olmazmı”, soruşanda Xəyal deyir ki, bank həm girov istəyir, onun isə girov qoymağa əmlakı yoxdur, həm də faizlər yüksəkdir.

“Bu vəsaitə, kənddəsənsə, toyuq-cücə alarsan, şəhərdəsənsə...”

“Azərbaycanda 200-300 dollara yalnız həyətyanı sahəni əkərsən, toyuq-cücə saxlarsan. Bunu nə qədər biznes adlandıra bilərik, ancaq ailəsini dolandırması mümkündür. Şəhər yerlərində bu vəsaitə nə eləmək olar? Məsələn, bu vəsaitə fərdi xidmətini sosial şəbəkələr üzərindən reklam etdirə bilərsən. İndi müşahidə edirəm, şəhərdə yaşayan adamlar kənddəki qohum-əqrəbasından ekoloji cəhətdən təmiz məhsullar alıb şəhər adamlarına çatdırır. Bu işi də 200-300 dollarla başlamaq olar, ancaq kiçik biznesin inkişafına mütləq dövlətin dəstəyi lazımdır”.

Nazim Məmmədov
Nazim Məmmədov

Bunu keçmiş millət vəkili Nazim Məmmədov deyir.

İqtisadçı vurğulayır ki, Gürcüstanda kənd təsərrüfatlarından kiçik biznes yaratmağa fermerlərə 10 min lari, təxminən 5 min manat faizsiz və uzun müddətə vəsait verilir:

Nazim Məmmədov: Azərbaycanda 200-300 dollara yalnız həyətyanı sahəni əkərsən, toyuq-cücə saxlarsan
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

“Bu vəsaitlə təsərrüfatı inkişaf etdirmək olar. Azərbaycanda da kənddə yaşayan insanlara faizsiz, uzun müddətə, özü də ünvanlı vəsait verilməlidir. Sahibkarlığa Kömək Milli Fondu kimi qurumlar vasitəsilə dövlət kreditlərinin verilməsi pis presedent yaratdı, bu vəsaitdən daha çox oliqarxlar yararlandı”, iqtisadçı Nazim Məmmədov vurğulayır.

“Biznesi kredit hesabına yaratmaq risklidir”

Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayev isə ilkin biznesdən ötrü bankdan kredit götürməyi düzgün saymır:

“Biznesi kredit hesabına yaratmaq özü çox riskli bir məsələdir. Hələ gəlirləri məlum olmayan bir biznes, aldığı kreditləri necə və hansı müddətə qaytaracağını necə proqnozlaşdırsın? Yaxşı olar ki, biznes təşəbbüskarın və ya sponsorların vəsaiti ilə yaransın və qazancını faizlərə yox, öz inkişafına xərcləsin”.

İlkin Qarayev hesab edir ki, kreditlər əsasən, biznesin inkişafının daha sürətlə getməsinə xidmət etməlidir, əksinə, onu zəiflətməli deyil: “Əgər biznesdə kredit vəsaitləri sahibkarın öz vəsaitlərindən artıqdırsa, bu, biznesə ciddi təhlükə və riskdir, yəni bunun sonu iflasdır. Ona görə də kreditin məbləği sahibkarın öz vəsaitindən daha az olmalıdır”.

Vahid Əhmədov
Vahid Əhmədov

“Bank sistemi sağlamlaşdırılmalıdır ki...”

Millər vəkili Vahid Əhmədovun fikrincə, bank sistemi sağlamlaşdırılmasa, kiçik, hətta orta biznesi inkişaf etdirmək çətin olacaq. Onun sözlərinə görə, bank likvidliyini təmin etmək lazımdır:

“Kredit portfelinə baxmaq lazımdır. Bank faizləri yüksəkdir, üstəlik, kredit verilməsi müəyyən qədər dayandırılıb”.

Vahid Əhmədov: Bank sistemi sağlamlaşdırılmasa, kiçik, hətta orta biznesi inkişaf etdirmək çətin olacaq
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

Vahid Əhmədov deyir ki, yeni yaradılmış Maliyyə Bazarına Nəzarət Palatası bütün bankların diaqnostikasını aparıb və indi müəyyən qərarların qəbulu gözlənir.

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

Kiçik biznesdə xarici təcrübə

“Beynəlxalq təcrübələr göstərir ki, məhz kreditləşmə kiçik və orta müəssisələrin maliyyə resurslarının formalaşmasında vacib xarici mənbə rolunu oynayır. Kiçik müəssisələrin kredit xətlərindən istifadə səviyyəsi ABŞ-da ən azı 60%, Avropa Birliyi ölkələrində 76%, Kanadada 50% təşkil edir”.

Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatında göstərir.

Tədqiqatda deyilir ki, inkişaf etmiş ölkələrdə yeni biznesə başlayanlar çox cüzi faizlə kredit əldə edə bilərlər. Məsələn, Yaponiyada biznesə başlamaq üçün banklardan və ya sənaye-ticarət palatalarından kredit götürmək olar. Ölkənin bütün banklarında biznesə yeni başlayanlara kredit proqramı var. Bu kreditlərin illik faiz dərəcəsi 3-5% təşkil edir. Dövlət kiçik müəssisələrə verilən kreditlərin sığortalanmasını və zəmanət verilməsini təmin edir, vergi güzəştləri tətbiq edilir.

Tədqiqatda Almaniya təcrübəsi ilə tanış ola bilərik:

“Kreditlər üzrə aşağı faiz dərəcəsi, uzunmüddətli kreditlər (10 illik), ilk 2 il ərzində kredit ödənişindən azad olunması, krediti geri uzunmüddətə qaytarması imkanı kiçik biznesə başlayanlara təklif edilir. Hətta Almaniyada paylı maliyyələşmə imkanı da var: biznes layihəsinin müəyyən hissəsi dövlət vəsaitləri hesabına maliyyələşdirilir, qalan hissə isə şirkətin öz və ya borc vəsaitləri hesabına təmin edilir”.

İsveçrədə isə dövlət kiçik və hətta orta sahibkarların da aldığı kreditlərə risklərin 65 faizini öz üzərinə götürür. Bu ölkədə müəssisələrin 99,6%-i kiçik və orta sahibkarlığın payına düşür, sözügedən tədqiqatda vurğulanır.

Buna da bax: Azərbaycan kəndlisi niyə varlana bilmir?

Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
XS
SM
MD
LG