Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:11

Pekin Olimpiadasının 10 rusiyalı medalçısında dopinq aşkar edilib


Rusiyanın 2008-ci il Pekin Olimpiadasında iştirak edən idmançılarının 14-ə aid nümunələrin təkrar analizi onların dopinq qəbul etdiklərini göstərib

Rusiya Olimpiya Komitəsi bildirib ki, ölkənin 2008-ci il Pekin Olimpiadasında iştirak edən idmançılarının 14-ə aid nümunələrin təkrar analizi onların dopinq qəbul etdiklərini göstərib.

İdman naziri Vitaly Mutko bunu Rusiya idmanı üçün “heç də yaxşı olmayan xəbər” adlandırıb.

Bununla belə Mutko xarici mediaya müsahibəsində baş verənlərin Rusiyada dopinq qəbulu ilə bağlı əsl mənzərəni əks etdirmədiyini söyləyib.

Rusiya idmançılarına hələlik beynəlxalq yarışlarda iştirak qadağan edilib.

Beynəlxalq Olimpiya Komitəsi bundan əvvəl Rusiyanın 31 idmançısına Rio Olimpiadasında iştirakın qadağan edildiyini bildirmişdi.

Böyük məyusluq

Rusiyanın idman rəsmiləri deyirlər ki, onlar dopinqlə bağlı ciddi tədbirlər görür və belə pozuntulara yol vermis idmançıları sərt cəzalandırırlar.

Moskva bildirir ki, Rusiya Rioda keçiriləcək olimpiadaya yalnız “təmiz idmançılarla” qatılmaq istəyir.

Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının Rusiya idmançılarının növbədi olimpiadada iştirak edib-etməyəcəyinə dair qərarı iyunun 17-də bəlli olacaq.

Cənab Mutko deyib ki, yaranmış vəziyyət Rusiyaya “böyük məyusluq” gətirib.

Rusiya Olimpiya Komitəsi sözü gedən 14 idmançının adlarının hələlik açıqlanmayacağını bildirib, beləki onların ikinci analizinin nəticələri hələ alınmayıb.

Bununla belə, Rusiyanın idman mediası sözü gedən 14 idmançıdan 10-nun Olimpiya medalçısı olduğunu bildirir.

XS
SM
MD
LG