Sibir macərası: buz bağlamış çayda yük daşıyanlar

Qışda yük maşınlarında buz bağlamış çayın üstü ilə yük daşıyanlarla birgə təhlükəli səfər

Fotolar və mətn Amos Chapple

Wojtek Grojec hazırladı

Buradan başlayın

Qış aylarında Rusiyanın şərqində donan çaylar Sibirin ucqarlarında yaşayan insanlara bir ümid olur. Buz bağlamış çayların üstü ilə ağır yük maşınları uzaq yaşayış məskənlərinə ərzaq və başqa mallar daşıyırlar. AzadlıqRadiosunun fotoqrafı Rusiyanın şimalında Yakutskdan Belaya Qora qəsəbəsinə buz bağlamış çayın üstü ilə yük daşıyan sürücülərdən biri ilə 12 günlük səfərə çıxıb.

A long, winding journey

Rusiyanın Saxa Respublikasının ərazisi 5 dəfə Fransadan böyükdür. Burada məsafəni normal ölçü vahidləri ilə deyil, günlərlə ölçürlər. Yakutskdan Belaya Qora (Ağ Dağ mənasında) məsafə də yolda bir problem olmasa 5 gündür.

  • Buz yol
  • Kolyma magistral yolu

28 yaşlı Ruslan Dorochenkovun iki balaca oğlu var. O, səkkiz ildir öz Kamazı ilə donmuş İndiqrika çayının üstüdə Belaya Qora-ya yük daşıyır. Qazancı da pis deyil, hər səfərində 600 dollar əldə edir. Amma buz bağlamış çayın üstündə hər səfər ayrıca bir macəradır. Mən özüm də bu səfərlərin nə qədər təhlükəli olduğuna şahid oldum.

Səfərlər Yakutsk şəhəri yaxınlığında bu emalatxanadan başlayır. Burada həm maşın yüklənir, həm də ona texniki xidmət göstərilir. Yük də hər dəfə müxtəlif olur. Bu dəfə Ruslanın 12 tonluq Kamaz-ına yağ, spirtsiz içkilər və başqa ərzaq malları yüklənir.

Maşına yük yığmağa kömək edən Garikdir. O da Yakutskdan Belaya Qora-ya ailəsinin yanına gedir. Maşını yükləməyə kömək edir ki, Ruslan ondan yolpulu almasın.

Qış fəsli emalatxanın ətrafında dolaşan itlər üçün də bir fürsətdir. Çünki, çayda buz əriyəndən sonra bu yollardan daha keçən, bu itlərə az-çox bir tikə çörək verən də olmayacaq. Ruslan (sağda) telefonla sürücü dostundan çayda buzun vəziyyətini öyrənir.

Uzun hazırlıqdan sonra günortadan sonra Ruslan yola düzəldi.

Belaya Qora-ya yol əvvəlcə Kolyma magistralı ilə başlayır. Bu yol Stalinin zamanında məhbus əməyi hesabına çəkilib.

Fevralda yolun bu hissəində yük maşınlarından biri sürüşərək bəxtsiz sürücüsü ilə birlikdə şəkildə görünən dərəyə yuvarlanıb. Bu, qarşıdakı səfərin nə qədər təhlükəli olduğuna işarə olan hadisələr seriyasından hələ lap birincisi idi.

Gecə yatarkən də maşının mühərriki və isitmə sistemi işlək saxlanmalıdır.

Mühərrik işlək qalsa da gecə maşının bəzi hissələri donur. Sürücülər səhər tezdən həmin donu açıb yola düzəlirlər.

Ruslan Kolyma magistralına baxır. Səhərin tər-təmiz havası və gözəl mənzərə var.

Sən demə Ruslanın dostu Andrey də Belaya Qora-ya gedirmiş. Özü də bu sınıq-salxaq maşınla. Ruslan xarab olmuş maşındakı yükləri və Andreyi də götürüb yola davam edir. Beləliklə, Kamazın 2 nəfərə nəzərdə tutulan kabinəsində 4 nəfər oluruq.

Hardasa yolumuzun tən yarısında maşınımız buzun üstünə çıxdı. Qalan 730 kilometri beləcə buz bağlamış İndiqirka çayının üstü ilə getməliyik.

Bu çayda hətta yay aylarında qayıqla getmək belə təhlükəlidir. Amma qışda sanki çayın üstü bir möcüzəli xalça ilə örtülür və beləcə Sibirin ucqarlarına qədər maşınla getmək mümkün olur.

Dar keçidlərdən birində külək qarı təmizləyib və çayda çox qalın buz qatı belə görünür.

Qarşımızda bu çuxuru görüncə Ruslan dərhal əyləci sıxdı. Sonra da “bu təzə çaladır, başqa yerdən getməliyik” deyib ağır maşını geri döndərdi.

Ruslan telefonunda sürücü yoldaşının maşınını göstərib deyir: “Bəxti gətirib maşının ön tərəfi yox, arxası batıb. Yoxsa, işi bitmişdi” deyir.

Bundan sonra biz dekabrda 3 yük maşının batdığı ərazini keçdik. Ruslan bir sürücünün faciəli şəkildə öldüyü bu hadisəni danışır:

Üç yük maşını bir-birindən 100-200 metr məsafə ilə gedirmiş. Birdən ortada gedən maşının sürücüsü öndəki maşının izini itirir. Nə baş verdiyini anlamağa çalışarkən həmin maşının əyləc zamanı təkərinin buraxdığı izi görür. Sən demə biz qırılıb öndəki maşın yaşlı sürücüsü ilə birlikdə çayın dərinliyinə gedib. Ortadakı maşının 23 yaşlı gənc sürücüsü də vəziyyəti başa düşəndə artıq gec imiş, onun da maşını buzun qırılan hissəsində batır. Amma o, kabinədə çəkic saxlayırmış, maşının şüşəsini qırım sudan buzun üstünə çıxır. 45 dərəcə şaxtada, sudan təzə çıxmış gənc adam arxadan gələn maşını xəbərdar etmək üçün cəmi 50 metr yeriyə bilir. Daldan gələn 3-cü maşın da çaya batır. Amma onun sürücüsü vaxtında tullanıb xilas ola bilir. O, gənc sürücünü də götürüb piyada geri – 25 kilometr uzaqda olan Beliya Qora-ya qayıtmağa çalışır. Bəxtlərindən yolda başqa maşına rast gəlirlər və xilas olurlar. Amma çaydan çıxan gənc sürücünü şaxta vurub ölümcül vəziyyətə salır.

Tezliklə bizim də başımıza qəza gəldi. Çayın üstü ilə hardansa gələn bulaq suyu hətta bu şaxtada donmamışdı.

Ruslan çayın digər sahilinə tərəf yönəlməyə çalışarkən biz buzun qırılma səsini eşitdik. Mən sürücünün əks tərəfində - digər qapının düz yanında oturmuşdum. Qorxurdum ki, birdən maşın mən tərəfə əyilib batsa, bu üç nəfər də üstündə çayın dibinə gedəcəm. Hər ehtimala pəncərəni birazca açdım ki, bir şey baş versə, dərhal qapını açıb tullanım. Birdən maşın doğrudan da mən tərəfə əyilməyə başladı. Ruslan sürəti artırsa da maşın daha da batdı. Mən qapını açıb özümü buzun üstünə atdım.

Amma buz o qədər də nazik deyilmiş, bizim maşını saxladı. Təkərlərə zəncir bağlayandan sonra Ruslan maşını geri çıxara bildi. Həmin gün iki dəfə bu cür hadisəylə üzləşdik.

Həmin gecə sanki ürəyimə dammışdı ki, nəsə olacaq. Səhər saat 3-də səmanı yamyaşıl gördüm. Yol yoldaşlarımdan heç biri oyaq deyildi ki, bu mənzərəni onlar da görələr.

BilmirəmŞ niyə, birdən mənə bir inam gəldi, btün qorxum ötüb keçdi. Düşündüm ki, hər şey yaxşı olacaq.

Növbəti gün səhər səma tər-təmiz idi və biz çaydan çıxıb quru yola qədəm qoyduq.

Öncəki gün səhər gördüklərimi Ruslana danışanda bunu “səmadan gələn mesaj” adlandırdı. Dili acı olsa da Ruslan olduqca inanclı bir adamdır.

Yoldan kənardakı bu Zaşiversk ibadətgahı əsasən sürücülər ziyarət edirlər. Ruslan da hər keçəndə bu kilsəni siyarət etdiyini, buzun üstündə hər dəfə çətinliyə düşəndə Allahın ona yardım etdiyini deyir.

Sürücülərin bəzi başqa inancları da var. Məsələn, onlar inanırlar ki, maşının ön tərəfinə işəmək olmaz, bu, bir albatross quşunu öldürməyə bərabər bir işdir.

Biz yükü çatdıracağımız ünvanlardan birinə yaxınlaşarkən, Ruslan çaylardan birində açılmış bu deşikdən içməli su götürr. Su olduqca təmizdir.

Belaya Qoranın özündə və ətraf ərazilərində gətirdiyimiz yükü boşaldırıq.

Yol boyu Ruslan demək olar çətin vəziyyətdə olan bütün sürücülər üçün maşını saxlayıb onlara kömək etdi. Demək olar bir həftə yolda olduq, çimmədən, paltarımızı dəyişmədən…

Belaya Qorada təxminən 2 000 nəfər yaşayır. Onlar əsasən balıqçılıqla məşğul olurlar. Nəhayət, maşın tam boşaldı. İndi qalır sağ-salamat Yakutsk-a qayıtmaq.

Amma əvvəl çimmək lazımdır. Vannaya girən Ruslan “özümü yeni doğulmuş körpə kimi hiss edirəm” deyir.

TBelaya Qora-da dükan-bazar ağzına qədər doludur. Qiymətlər də olduqca baha. Məsələn, 100 qram fısdıq dükanlardan birində 18 dollar idi.

Səfərimiz planlaşdırıldığından uzun çəkmişdi. Geri dönəndə Ruslan sürətlə sürürdü. Bəzən gecələr də yol gedirdik. MAşın boş idi, amma havalar isinməyə başladığından çaylarda buz əriməyə başlayırdı.

Yazda qar və buz əriyəndə çaylarda da suyun səviyyəsi artır və onun üzərindəki buz nazilib qırılır, beləliklə, onun üzərindən maşınla keçmək olduqca təhlükəli olur.

Bir neçə gün gedəndən sonra Ruslan qırılıb yolda qalmış başqa bir yük maşınını da yedəyinə aldı.

Ruslan deyir ki, bu yollarda sürücülər bir-birinə yardım edirlər. Bu, demək olar, yazılmamış qanuna çevrilib.

Yenidən torpağa – Kolyma magistralına qədəm qoyuruq. Üzümüz yaz günəşi kimi gülür.

Amma sən demə, Ruslan bu mövsümdə heç olmasa daha bir dəfə Belaya Qora-ya yük aparmamaq qərarına gəlib. 3 gün Yakutskda qalandan sonra o, yenidən yükünü tutub ıriməkdə olan buzlu yollara tərəf istiqamət alıb. Mənə də xəbərdarlıq etdi ki, bu dəfə çox təhlükəlidir, getmək istəsən, mənsiz gedərsən.

Görünür, buz yollarda şanslarını sınamaq bu insanların qanındadır.

Əhvalatı sən də paylaş

Follow us