Azadliqradiosu.az saytında podcasting-dən istifadə
Podcasting nədir?
Podcasting texnologiyasının prinsipi verilişləri internetdən avtomat olaraq kompyüterə köçürməkdən ibarətdir. Bu metodla verilişlərə istədiyiniz vaxt qulaq asmaq imkanınız olacaq.
Podcasting necə işləyir?
Podcasting texnologiyasına əsaslanır. Veriliş efirə gedən kimi server-ə yazılır və müvafiq xəttində proqramın adını göstərən faylın gəldiyi bildirilir. Podcasting sistemi yeni faylı avtomat olaraq kompyüterinizə köçürür.
Hansı proqramlara ehtiyac var?
iTunes podcasting texnologiyasıyla təzəcə tanış olanlar üçün ən uyğun proqramdır. Bu proqramı kompyüterinizə yüklədikdən sonra istədiyiniz podcasting kanallarına abunə ola bilərsiniz. \"Advanced\" menyüsündə \"Subscribe to Podcast\" (yəni Poddcasta abunə ol) hissəsinə getməli, oradan kanallarını seçib OK deməlisiniz. Podcastingin adı siyahıda görünəcək. O halda \"Setting\" düyməsini sıxmalısınız. Settings-də yeni yazılışların fasilələrini və yazılan materialların nə qədər üçün kompyüterinizdə qalmasını da müəyyən edə bilərsiniz. iTunes yazılan materialları avtomat olaraq iPod cihazınıza köçürəcək.
iPodder proqramı isə daha çox inkişaf etmiş sistemdir. Onun, səsin köçürülməsi və kompyüterdə saxlanılması mexanizmlərinin səviyyəsi daha yüksəkdir.
|