Efirdən seçmələr
 
Sorğu
... ... ...
 
Məzənnə
AZN /
USD
0,8104
 
AZN /
EUR
1,0087
 
AZN /
RUB
0,0293
 
 
 
 

TEXNİKİ YARDIM

 
 
Sizin saytda audionu necə dinləyə bilərəm?
 
Azadliqradiosu.az saytı əksər media pleyerləri dəstəkləyir və kompyuterinizin imkanlarından asılı olaraq, Siz müxtəlif pleyerlərdə MP3 formatında olan audiofaylları dinləyə bilərsiniz.
 
Əgər Windows əməliyyat sistemindən istifadə edirsinizsə, ola bilsin, artıq Sizdə Windows player quraşdırılıb. Windows Media Player 9daha sonrakı versiyalardan istifadə etməyiniz yaxşıdır.
 
Əgər Real Playerdən istifadə edirsinizsə, 10-cu və daha sonrakı versiyaları götürməyiniz daha məsləhətdir.
 
Windows Media Player və Real Playeri pulsuz yükləmək olar. Bu pleyerləri quraşdırmaq üçün onların saytlarındakı təlimatlara əməl edin.
 
Audio link işləmirsə, nə etməli?
 
Audiopleyeriniz müasir, internet kanalınız (bandwidth) kifayət qədər sürətlidirsə, onda audio axını qəbul (audio streaming) etmək üçün brandmauzerin (firewall) parametrlərini dəyişməlisiniz. Ancaq konkret məsləhət situasiyadan asılıdır. Əgər Siz kompyuteri işdə, yaxud da internet-kafedə işlədirsinizsə, kömək üçün texniki inzibatçıya müraciət edin.
 
Azadliqradiosu.az saytını hansı brauzerlər dəstəkləyir?
 
Azadliqradiosu.az saytını bütün brauzerlər dəstəkləyir, ancaq ən münasibi Internet Explorer 7.xMozilla Firefox 1.x və ya 2.x –dir.
 
Azadliqradiosu.az saytını necə ana səhifə etməli?
 
Internet Explorer 6 və sonrakı versiyalar:
 
«Tools» menyusunu açın və «Internet Options...»u, oradan isə «General» tabını seçin
«Home Page» bölməsinin «Address» hissəsinə http://www.azadliqradiosu.az/ yazın
«OK» düyməsini basın
 
Windows üçün Firefox 2.x:
 
«Tools» menyusundan «Options...» bölməsini, oradan isə «Main» tabını seçin.
«Startup» bölməsinin «Home page» hissəsinə http://www.azadliqradiosu.az/ yazın
«OK» düyməsini basın
 
MacOS X üçün Firefox 2.x:
 
«Tools» menyusundan «Options...» bölməsini, oradan da «Main» tabını seçin
«Startup» bölməsinin «Home page» hissəsinə http://www.azadliqradiosu.az/ yazın
«OK» düyməsini basın