Rusiya hüquq müdafiəçiləri Çeçenistanda Yandi Açxo-martanov rayonunda bir neçə evin qəsdən yandırılmasından narahat olduqlarını bildirirlər. Naməlum maskalı şəxslər dekabrın 8-də həmin rayonda bir neçə evi yandırıblar. Onların dekabrın 4-də paytaxt Qroznıda hökumət qüvvələri ilə atışmada öldürülən yaraqlıların valideynlərinə məxsus evlər olduğu guman edilir. Çünki həmin hücumdan sonra Çeçenistanın rəhbəri Ramzan Kadyrov bildirmişdi ki, yaraqlıların valideynləri də uşaqlarına görə cavab verəcəklər: "Əgər hər hansı yaraqlı insanların qətlində iştirak edəcəksə, onların valideynləri Çeçenistandan qovulacaq, evləri isə yandırılacaq" - deyə Kadyrov sosial şəbəkələrdə yazmışdı. Bundan sonra Rusiyada İşgəncələrə qarşı Komitənin rəhbəri, Prezident yanında İnsan Haqları Şurasının üzvü Rusiya Baş Prokurorluğuna müraciət edərək Kadyrovun bu çıxışının qanuna uyğunluğunu yoxlamasını xahiş edib. Yandırılmış evlərin bəzilərinin fotoları.
Çeçenistanda yaraqlıların ata evləri yandırılır
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman