Gəncə-Bakı yolunda aksiya...
AzadlıqRadiosuna göndərilən videoda görünür ki, bir qrup şəxs avtomobil yolunu bağlayıb. Hadisənin Gəncə-Bakı magistral avtomobil yolunda baş verdiyi deyilir. Etirazçıların kim olduqları və nəyə etiraz etdikləri dəqiq məlum deyil. Amma bildirilir ki, yolu kəsənlər alüminium zavodunun yaxınlığında yaşayan məcburi köçkünlərdir. Onlar güclü külək zamanı zavoddan qalxan tozun ətrafa yayılmasına etiraz edirlər.