Keçid linkləri

2024, 06 May, Bazar ertəsi, Bakı vaxtı 19:00

Cəmil Həsənli: «Heç bir diktator rejimi özünü həbslərlə sığortalaya bilməyib»


Milli Şuranın növbəti sessiyası...
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Milli Şuranın növbəti sessiyası...

-

"Bu gun Azərbaycanın ən dəyərli və ləyaqətli insanları həbsdədir. Siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, bloqçular, gənc fəallar həbsə atılır.

Heç bir dövlət öz yaradıcı gənclərinə belə qəddar münasibət göstərməyib. Heç bir diktator rejimi özünü həbslərlə sığortalaya bilməyib".

Bunu Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 14-də keçirilən sessiyasında şuranın sədri Cəmil Həsənli bildirib.

"9 ÜZVÜMÜZ HƏBSDƏDİR"

40 nəfərin iştirakı ilə keçirilən sessiyada C.Həsənli deyib ki, qurumun 9 üzvü həbsdədir. O cümlədən ötən sessiyadan sonra şuranın koordinasiya bölməsinin iki üzvü - hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Seymur Həzi həbs olunub.

Onun sözlərinə görə, təzyiqlərə baxmayaraq Milli Şuraya üzv olmaq istəyənlərin sayı artıb.

Onlardan biri hüquq müdafiəçisi Məlahət Nəsibdir.

Əli Kərimli
Əli Kərimli

Eləcə də vəkil Fəxrəddin Mehdiyev, iqtisadçı Məhəmməd Talıblı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov.

Milli Şuranın bu günkü gündəliyinə yeni üzvlərin qəbul edilməsi, ictmai-siyasi proseslərin müzakirəsi daxil edilib.

UKRAYNA-AZƏRBAYCAN PARALELLƏRİ...

AXCP sədri Əli Kərimli də hökuməti tənqid edib:

"Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasəti Azərbaycan hakimiyyəti öz vətəndaşlarına qarşı yürüdür.

Rusiya bunu ona görə edir ki, öz mövqeyini qorusun, siyasi kürsüsünü itirməsin. Bunun kiçik - mini variantını Azərbaycanda görmək olar".

Sessiyadan öncə isə Milli Şura Bakının daşnak-bolşevik işğalından azad edilməsinin növbəti ildönümü münasibətilə Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bakinin müstəqilliyini qazanmaqda turk əsgərlərinin şücaətini yüksək qiymətləndirib.

Bu il sentyabrın 15-də Bakının daşnak-bolşevik birləşmələrindən azad edilməsindən 96 il ötür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG